Şrift:
Urmu gölündə suyun səviyyəsi 58 sm azalıb
14.07.2021 [11:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Y.Rəhbərdin gölün son durumu ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, hazırda gölün su səviyyəsi 1271.1 santimetrdir. Bu ötən ilin oxşar dövründə 1271.58 santimetr idi və beləliklə gölüdə suyun səviyyəsi daha 58 santimetr azalıb.

O, gölün sahəsinin də azaldığına toxunaraq hazırda 3081 kvadrat kilometr olan göl sahəsinin ötən il 3551 kvadrat kilometr olduğunu, bu müddətdə ərzində gölün sahəsinin 470 kvadrat kilometrə kiçildiyini deyib.

Regional Su Şirkətinin başçısı hazırda göldə 3 milyard 890 milyon kubmetr suyun olduğunu, ötən ilin oxşar dövründə bu miqdarın 5 milyard 830 milyon kubmetr təşkil etdiyini və bir il ərzində Urmu gölündə su miqdarının 1 milyard 940 milyon kubmetr azaldığını söyləyib.

Yasir Rəhbərdin cari yağıntı ilində Qərbi Azərbaycan əyalətində yağıntıların 28.5%, Urmu gölü hövzəsində isə 25.4% azaldığı barədə məlumat verib.
Bu xəbər oxucular tərəfindən 251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed