Şrift:
Uşaq yazıçısı Sevinc Nuruqızının Cənubu Koreyada kitabı çıxıb
15.07.2021 [10:49] - Gündəm, Kitab evi
Uşaq yazıçısı Sevinc Nuruqızının "Ağca və Cuppulu" hekayəsi Cənubi Koreya Respublikasında Azərbaycan, koreya və ingilis dillərində işıq üzü görüb.

Kitab Cənubi Koreyadakı Asiya Mədəniyyət Mərkəzinin "Asiya ölkələrinin şəkilli kitab layihəsi" çərçivəsində nəşr edilib.

Kitabda cəbhə bölgəsində yaşayan Sürəyya, onun gəlinciyi Cuppulu və sevimli göyərçini Ağcanın dostluğundan bəhs olunur.

Tərcüməçisi Jehong Hee Lee olan kitab hekayənin baş qəhrəmanı Sürəyyanın şərəfinə "Sürəyyanın izində" adlandırılıb. Müharibə gedən bölgələrdə yaşayan azərbaycanlı uşaqların çətin həyatından bəhs edən kitab "Uşaqlar, gəlinciklər və göyərçinlər sülh istəyir" başlığı ilə nəşr edilib.

Kitabın çapa hazırlandığı dövrdə nəşrin rəssamı Vho Hee Cho Azərbaycanda yaradıcılıq səfərində olub, yazıçı Sevinc Nuruqızı isə Asiya Mədəniyyət Mərkəzinin dəvəti ilə Cənubi Koreyanın Kvanju şəhərində keçirilən vorkshoplarda iştirak edib.

Onu da qeyd edək ki, müəllifin eyniadlı hekayəsi ölkəmizdə də Azərbaycan, rus və ingilis dillərində nəşr olunub.
Bu xəbər oxucular tərəfindən 232 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed