Şrift:
İranın Kirman əyalətində silahlı qarşıdurma: 3 polis ölüb, yaralananlar var
15.07.2021 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hadisə iyulun 14-ü yerli vaxtla günortadan sonra saat 16:00-da baş verib.


Bildirilir ki, Kəhnuc şəhərinə yaxın ərazidə reyd keçirən polis qüvvələri ilə narkotik maddə qaçaqmalçıları arasında silahlı qarşıdurma yaranıb.


Atışma nəticəsində polis əməkdaşları Nasir Boşnam, Nizam Tacik və Müslüm Bənavənd aldıqları güllə yarasından yerindəcə keçinib, 2 polis isə ağır yaralanıb.


Yaralı polislər xəstəxanaya çatdırılıb. Hazırda onların səhhətinin qənaətbəxş olduğu bildirilir.


Məlumata əsasən, qarşıdurma zamanı yaraqlı narkotik qaçaqmalçılardan biri polis tərəfindən öldürülsə də, dəstənin digər üzvləri hadisə yerindən qaça biliblər.
Bu xəbər oxucular tərəfindən 227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed