Şrift:
Danimarkada son sutka ərzində koronavirusa yoluxanların 80 faizi “delta” ştamının daşıyıcısıdır
16.07.2021 [11:00] - Gündəm, Sağlıq
Danimarkada son sutka ərzində koronavirusa yoluxan 1200 nəfərdən təxminən 80 faizi “delta” ştamının daşıyıcısıdır.

Bu barədə Danimarka Dövlət Peyvənd İnstitutu və ölkənin yoluxucu xəstəliklərlə mübarizə agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, COVID-19 virusunun bu mutasiyası artıq krallıqda tamamilə dominant vəziyyət alıb. Orijinal “alfa” variantından təxminən iki dəfə daha çox yoluxucu olan “delta” ştamı ölkədə peyvənd edilməmiş və aktiv həyat tərzi yaşayan gənclər arasında yayılmaqdadır. Son həftə koronavirusa yoluxanların 48,2 faizi 20-29 yaş arası gənclər təşkil edib.
Bu xəbər oxucular tərəfindən 208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed