Şrift:
Çexiyada gənc cüdoçular arasında Avropa kuboku turniri start götürüb
17.07.2021 [14:19] - Gündəm, İdman
İyulun 17-də Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa kuboku turniri start götürüb.

Turnirdə Azərbaycanı 11 cüdoçudan ibarət komanda təmsil edəcək. Oğlanların yarışında Cavid Piriyev, Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq), Murad Bəşirov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Ruslan Səfxanov (90 kq) və Yaqub İsmayılzadə (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qadın cüdoçulardan isə Gülşən Bəşirova, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərmin Əmirli (+78 kq) birincilik uğrunda yarışacaqlar.

Turnirə iyulun 18-də yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed