Şrift:
Şamaxı rayonunda yük və minik avtomobilləri toqquşub, ölən və yaralanan var
03.11.2011 [11:21] - Hadisə
Şamaxı - Piriqulu yolunun 17-ci kilometrliyində, Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şamaxı rayon Polis Şöbəsindən verilən məlumata görə, Çuxuryurd kəndində məskunlaşan Cəbrayıl rayon sakini, 1977-ci il təvəllüdlü Məhərrəmov Arzuman İsrafil oğlunun idarə etdiyi 10 BC 938 dövlət nömrə nişanlı, “QAZ 52” markalı yük maşını Şamaxı rayon sakini, 1977-ci il təvəllüdlü Haqverdiyev Cəmil Səməd oğlunun idarə etdiyi 10 GE 609 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobillə toqquşub. Nəticədə
C. Haqverdiyev dünyasını dəyişib, A. Məhərrəmov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində cinayət işi açılıb.
Bu xəbər oxucular tərəfindən 1197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed