Şrift:
Vəzifəli şəxs rüşvətə görə tutulub
04.11.2011 [15:41] - Hadisə
Azərbaycanın Qusar rayonunda idarə rəhbəri rüşvətə görə həbs olunub.

Qusar rayon prokuroru Zahid Vəliyevin APA-nın şimal bürosuna verdiyi məlumata görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar Rayon Şöbəsinin müdiri Tasim Ramazanov Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda ətraflı məlumat verməyən Z. Vəliyev faktla bağlı Baş Prokurorluqda araşdırma aparıldığını bildirdi.
Bu xəbər oxucular tərəfindən 1236 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed