Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Paşinyan istefa verdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Paşinyan istefa verdi

Paşinyan istefa verdi


Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib. O, bu yolla parlamenti buraxmaq üçün formal səbəb yaradacağına ümid bəsləyir.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, istefaya getdiyini Ermənistanın ictimai televiziyasında bəyan edən Paşinyan bu addımı parlament seçkiləri keçirmək məqsədilə atdığını söyləyib. Həmçinin bildirib ki, seçkilərədək baş nazirin səlahiyyətlərini icra edəcək.

Ölkə konstitusiyasına görə, parlament, baş nazir istefa verdikdən sonra deputatlar iki iclasda yeni baş naziri seçə bilmədikləri təqdirdə buraxıla bilər.

Lakin parlamentdə çoxluğu qoruyub saxlayan Respublika Partiyasının və daha bir neçə siyasi birliyin qəbul etdiyi qanun parlamenti buraxmaq imkanını çətinləşdirir. Baş nazir oktyabrın 2-də öz tərəfdarlarını etiraz aksiyasına çıxarıb, habelə bu qanun layihəsini dəstəkləyən partiya üzvlərini – nazirləri işdən azad edib.

Beləliklə, Paşinyanın növbədənkənar parlament seçkiləri keçirmək niyyəti Ermənistanda növbəti siyasi böhrana gətirib çıxarıb.

Geri dön