Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə koronovirusdan gündəlik ölüm halında kəskin azalma müşahidə olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Türkiyədə koronovirusdan gündəlik ölüm halında kəskin azalma müşahidə olunur

Türkiyədə koronovirusdan gündəlik ölüm halında kəskin azalma müşahidə olunur


Türkiyədə yeni növ koronavirusla (COVID-19) bağlı gündəlik testlərin aparılması davam edir. İyunun 12-da ümumilikdə 41 min 13 nəfər yoxlamadan keçirilib. Onlardan 1195 nəfərdə virus aşkarlanıb.

Türkiyənin Səhiyyə Nazirliyi xəbər verir ki, gün ərzində 1242 nəfər sağalıb, 15 nəfər dünyasını dəyişib. Son günlər gündəlik yoluxma və ölüm halında enmə müşahidə olunur.

Bu vaxtadək 2 milyon 541 min 903 nəfər koronovirus testindən keçirilib. Onlardan 175 min 218 nəfərdə virus aşkar olunub. Hazırda 664 nəfər reanimasiyada, 282 xəstə süni nəfər aparatına qoşulmuş haldadır. İndiyədək bu virusdan 4 min 778 xəstə dünyasını dəyişib, 149 min 102 xəstə sağalıb.

Qeyd edək ki, Türkiyə koronovirus məhdudiyyətlərinin aradan qaldırılması üçün mərhələli və nəzarətli normallaşma prosesinə başlayıb. Xarici və daxili uçuşlar tədricən bərpa olunur, ölkə daxilində qatarları və şəhərlərarası avtobuslar fəaliyyətə başlayıb, yaşa və sahələrə görə tətbiq olunan qadağalar aradan qaldırılır. Davamlı qaydada həyata keçirilən həftəsonu sərtləşmiş karantin rejiminin tətbiqi dayandırılıb. İran istisna olunmaqla digər qonşu ölkələrlə gömrük-keçid məntəqələri fəaliyyətə başlayıb.

Geri dön