Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əfqanıstanda "Taliban"ın 15 üzvü öldürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Əfqanıstanda "Taliban"ın 15 üzvü öldürülüb

Əfqanıstanda "Taliban"ın 15 üzvü öldürülüb


"Sputnik" verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın cənubundakı Qəndəhar vilayətinin rəhbərliyi məlumat yayıb.


"Qəndəharın Arqandab rayonundakı Siasanq Vadisində Taliban üsyançıları təhlükəsizlik qüvvələrinə hücum etmək istəyiblər. NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri onlara hava zərbəsi endirib və nəticədə qruplaşmanın 15 üzvü ölüb, 6 üzvü isə yaralanıb", - deyə vilayət rəhbərliyinin məlumatında bildirilib.


Maroof rayonunda təhlükəsizlik qüvvələri ilə "Taliban" yaraqlıları arasında baş verən başqa bir toqquşmada isə altı "Taliban" üzvü öldürülüb.


Əfqanıstanın şərqində "Taliban" yaraqlılarının təhlükəsizlik postlarına hücumu zamanı baş verən qarşıdurmalarda isə iki "Taliban" yaraqlısı öldürülüb, dörd üzvü isə yaralanıb.

Geri dön