Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan hava əlaqəsini bərpa edəcək ölkələrin siyahısını genişləndirməyə hazırlaşmır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Gürcüstan hava əlaqəsini bərpa edəcək ölkələrin siyahısını genişləndirməyə hazırlaşmır

Gürcüstan hava əlaqəsini bərpa edəcək ölkələrin siyahısını genişləndirməyə hazırlaşmır


Gürcüstan hökuməti qonşu və dünya ölkələrində pandemiya ilə əlaqədar vəziyyəti diqqətlə izləyir. Görürük ki, bir çox ölkədə koronavirusun yayılması ilə bağlı vəziyyət pisləşir. Ona görə də Gürcüstan hələlik hava əlaqəsini bərpa edəcək ölkələrin siyahısını genişləndirməyə hazırlaşmır.

Bu sözləri Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze “İmedi” telekanalındakı çıxışı zamanı söyləyib. Nazir deyib: “Biz digər ölkələrdə dinamikanı müşahidə edirik və görürük ki, vəziyyət yaxşı istiqamətdə inkişaf etmir. Buna görə də hazırda digər ölkələr üçün sərhədlərin açılması məsələsi gündəlikdə dayanmır”.

Xatırladaq ki, Gürcüstan avqust ayından sərhədlərini Fransa, Almaniya, Latviya, Litva və Estoniya üçün açıb. Bu ölkələrə Tbilisi hava limanından həftədə 2 dəfə müntəzəm aviareyslər həyata keçirilir.

Geri dön