Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyada son 30 ildə ilk dəfə sərnişin qatarlarında gediş haqqı artacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Yaponiyada son 30 ildə ilk dəfə sərnişin qatarlarında gediş haqqı artacaq

Yaponiyada son 30 ildə ilk dəfə sərnişin qatarlarında gediş haqqı artacaq


Yaponiyada şəhər ətrafına hərəkət edən sərnişin qatarlarında gediş haqqının artırılması məsələsi “East Japan Railway” şirkətinin rəhbərliyi tərəfindən müzakirəyə çıxarılıb.

JIJI PRESS agentliyi xəbər verir ki, bu barədə “JR East” şirkətinin prezidenti Yuci Fukasava bildirib. Onun sözlərinə görə, milli dəmir yolu xətlərində gediş haqqının artırılması barədə məsələ ikinci dəfədir ki, gündəliyə gətirilir. İlk dəfə bu, hökumət tərəfindən istehlak vergisinin artırılması barədə qərarın qəbulundan sonra baş verib.

Qeyd edilir ki, bu təklifin həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur. Belə ki, bu məsləyə icazəni yalnız Yaponiya Nəqliyyat Nazirliyi verə bilər.

Bununla yanaşı, şirkət pik saatlarında qatarlardan istifadəyə imkan verməyən biletlərin hazırlanması barədə təklifi də araşdırır. Həmin biletlərin sərnişinləri qiymətlərin nisbətən aşağı olması ilə cəlb edəcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiyada koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bir çox şirkətlər evdən işləmək üsuluna keçiblər. Əməkdaşların ay ərzində yalnız bir neçə dəfə ofisə baş çəkməsinə icazə verilməsi, ictimai nəqliyyatın yükünü xeyli azaldıb.

Geri dön