Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kaliforniya radiosunda Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı müzakirə edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Kaliforniya radiosunda Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı müzakirə edilib

Kaliforniya radiosunda Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı müzakirə edilib


Kaliforniyanın San-Dieqo şəhərində fəaliyyət göstərən, ABŞ-da nəşr olunan “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi amerikalı jurnalist Raul Kontreras özünün “The Contreras Report” radio proqramının sentyabr buraxılışında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı, Rusiyadan Ermənistana silah transferləri, ABŞ-dakı erməni lobbisinin məkrli fəaliyyətləri, iyulun 21-də Los-Ancelesdə radikal erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər və digər məsələlər barədə dinləyicilərə məlumat verib. Bu barədə Azərbaycanın Los- Ancelesdəki baş konsulluğundan məlumat verilib

Verilişdə müəllif iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şimal-qərb sərhədində ölkəmizə qarşı hücuma keçdiyini, nəticədə 10-dan çox hərbçimizin və bir mülki şəxsin öldürüldüyünü və bir sıra yaşayış yerlərinin dağıdıldığını qeyd edir. Bu hərbi təxribatın baş verdiyi əraziyə diqqəti yönəldən R.Kontreras bunun Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yox, oradan uzaqda olan Azərbaycan-Ermənistan sərhədində baş verdiyini bildirir.

ABŞ-dakı erməni daşnaklarının tarixindən danışan müəllif onların nasizmə rəğbət bəsləyən keçmişindən bəhs edərək, bu gün bu irqçi ideologiyanın daşnakların əsas lobbi qanadı olan Amerika Erməniləri Milli Komitəsi (ANCA) tərəfindən davam etdirildiyini vurğulayır. R.Kontreras ANCA-nın bir sıra ABŞ siyasətçilərini ələ aldığını və onların zaman-zaman bu yolla ABŞ-ın Azərbaycan ilə bağlı xarici siyasətinə müdaxilə etməyə çalışdıqlarını qeyd edir.

Müəllif 21 iyul hadisəsi barədə danışaraq Los-Ancelesdəki baş konsulluğumuz qarşısında ANCA-nın təşkilatçılığı ilə aksiya keçirən çoxsaylı erməni daşnaklarının dinc azərbaycanlı nümayişçilərə hücum edib onlardan bir neçəsinə xəsarət yetirdiklərini bildirir və hazırda hadisənin polis tərəfindən nifrət zəminində törədilən cinayət maddəsi üzrə araşdırıldığını diqqətə çatdırır. Jurnalist hadisədən sonra Los-Anceles şəhərinin merinin, habelə Simon Vizental Mərkəzi, Amerika Yəhudi Komitəsi, İsrail-Amerika Şurası və Anti-Defamasiya Liqası kimi nüfuzlu yəhudi təşkilatlarının həmvətənlərimizə qarşı həyata keçirilmiş zorakılığı qətiyyətlə pislədiklərini qeyd edir.

Radioverilişin tam versiyasını bu linkdə dinləmək mümkündür: https://the-contreras-report-an-hispanic-view-of-the-usa.castos.com/episodes/114-the-contreras-report-a-hispanic-view-of-the-usa.

Geri dön