Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Huawei” 2021-ci ildə özünün hazırladığı əməliyyat sistemli smartfonlar buraxacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > “Huawei” 2021-ci ildə özünün hazırladığı əməliyyat sistemli smartfonlar buraxacaq

“Huawei” 2021-ci ildə özünün hazırladığı əməliyyat sistemli smartfonlar buraxacaq


Çinin “Huawei” telekommunikasiya kompaniyası hazırladığı “Harmony 2.0” əməliyyat sisteminin yenilənmiş versiyasını təqdim edib.

Çin KİV-ləri xəbər verir ki, kompaniyanın istehlak sektoru üzrə icraçı direktoru Yuy Çendun gələn il yenilənmiş əməliyyat sistemli smartfonların istehsalının başlayacağı barədə məlumat verib.

“Huawei” gələn il “Harmony 2.0” əməliyyat sistemli smartfon istehsal etmək niyyətindədir”, - deyə o, Çinin cənubunda yerləşən Quandun əyalətində keçirilən təqdimat mərasimində bildirib.

Qeyd edək ki, 1987-ci ildə əsası qoyulan “Huawei” kompaniyası telekommunikasiya avadanlıqları, həmçinin istehlak qurğuları və smartfonların istehsalı ilə məşğul olur. Kompaniya dünyanın 170-dən çox ölkəsinə məhsul ixrac edir və xidmət göstərir. 2019-cu ildə onun satış gəliri 122 milyard dolları ötüb.

Geri dön