Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan noyabrda sutkada 686,2 min barrel neft hasil edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan noyabrda sutkada 686,2 min barrel neft hasil edib

Azərbaycan noyabrda sutkada 686,2 min barrel neft hasil edib


Noyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 686,2 min barrel olub. Bunun 587 min barrelini xam neft, 99,2 min barrelini isə kondensat təşkil edib.

Energetika Nazirliyindən bildirilib ki, OPEC və qeyri-OPEC üzrə “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan noyabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta gündəlik 587 min barrel həcmində icra etməklə “OPEC+” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.

Qeyd edək ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

Cari il dekabrın 3-də “OPEC+” nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının “OPEC+” ölkələri tərəfindən 7,2 milyon barrel, müvafiq olaraq ölkəmiz tərəfindən isə 123 min barrel azaldılması nəzərdə tutulub. Bununla da, 2021-ci ilin yanvar ayında Azərbaycan üçün təklif edilən gündəlik neft hasilatı 595 min barrel səviyyəsində müəyyən olunub.

Geri dön