Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Payız mövsümündə Ağcabədidə 64 min ədəddən çox tut tinginin əkilməsi nəzərdə tutulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Payız mövsümündə Ağcabədidə 64 min ədəddən çox tut tinginin əkilməsi nəzərdə tutulub

Payız mövsümündə Ağcabədidə 64 min ədəddən çox tut tinginin əkilməsi nəzərdə tutulub


Ağcabədi rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Ağcabədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, payız mövsümündə rayon ərazisində 64 min 250 ədəd yerli tut tinginin əkilməsi nəzərdə tutulub. Ting əkilən sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilib, şumlanıb, malalama aparılıb, gübrə verilib. Artıq 55 min 650 ədəd tingin əkilməsi təmin edilib, əkin davam etdirilir. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak edirlər. Əkilən ağaclara aqrotexniki qulluq göstərilir, mühafizəsi təşkil edilir.

Qeyd edək ki, Ağcabədi rayonunda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə 54 min 466 kiloqram, 2020-ci ildə 55 min 528 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 400 min ədədə yaxın tut tingi əkilib.

Geri dön