Şrift:
Misirdə seçkilərdə dini şüarlardan istifadəyə icazə ləğv olunub
26.05.2013 [13:29] - Xəbərlər, Siyasət
Misir Ali Məhkəməsi "Seçkilər haqqında" qanunun seçkiqabağı təbliğat kampaniyasında dini şüarlardan istifadəyə qoyulan qadağanı aradan götürən hissəsini ləğv edib. Bu barədə "Associated Press" xəbər verir.
Bu qərar keçmiş Prezident Hüsni Mübarəkə və öz siyasətində müttəfiq-islamçılara arxalanan Prezident Məhəmməd Mursiyə loyallıq nümayiş etdirən məhkəmə orqanları arasında gərginliyin son təzahürü olub.
Məhkəmə öz qərarını onunla əsaslandırıb ki, seçki kampaniyası zamanı dini şüarlara birbaşa qadağanın olmaması milli birliyə ziddir və seçiciləri namizədin seçki platformasını öyrənməkdən yayındıracaq.
Qanun layihəsi tamamlanması üçün parlamentin yuxarı palatasına göndəriləcək. Xatırladaq ki, parlamentin aşağı palatası ötən il Ali Məhkəmə tərəfindən buraxılıb.
Qeyd edək ki, bundan əvvəl M.Mursi seçkilərin apreldə keçirilməsini planlaşdırırdı. Bu yaxınlarda isə o bəyan edib ki, seçkilər oktyabrda keçirilə bilər.
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed