Şrift:
30 il əvvəl Azərbaycanın müstəqilliyi gecmi elan edildi? - şahidlər danışır
18.10.2021 [20:48] - Xəbərlər, Siyasət, Sağlıq, Hərb, Afişa, Mədəniyyət, İdman, davam TV, Müsahibə, Türkün şanlı tarixi, Siyasi partiyalar, Güney Azərbaycan-Təbriz, Diaspor, REKLAM SAHƏSİ, Dərbənd, Bildiriş, Fotolent, Borçalı, Özəl xəbər, Fərəc Quliyev
Oktyabrın 18-də Azərbaycan Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunmasının 30 illiyini qeyd edərkən Prezident İlham Əliyev bu günü "böyük təmtəraqla" keçirməyi, "yaxud da ki, kiməsə buna görə minnətdar olmağı tamamilə yersiz" sayıb.

Onun fikrincə, onsuz da SSRİ dağılırdı və digər sovet resublikalarının bir çoxu artıq müstəqilliyini elan etmişdi.

18 oktyabrı Azərbaycan tarixində çox önəmli gün sayan bəzi müxalifyönümlü siyasətçilərə görə, SSRİ-nin çökməsini Azərbaycan və daha bir neçə sovet respublikasında başlanan xalq hərakatları sürətləndirmişdi.

1991-ci il, oktyabrın 18-də o dövrün parlamenti olan Ali Sovetdə qəbul edilmiş Konstitusiya Aktında göstərilirdi ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə yaradılmış Xalq Cümhuriyyətinin (ADR-in) hüquqi varisidir.

1991-ci ilin mart ayında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilməsi təklifinin əleyhinə Azərbaycan Ali Sovetinin 350 deputatından yalnız 43 nəfər səs verdi, onlar Azərbaycanın SSRİ-dən ayrılmasının və müstəqilliyinin bərpasına çalışırdılar. Sonradan həmin 43 nəfər "istiqlalçı deputatlar" kimi tanındı.

1991-ci il avqustun 30-da Ali Sovet Müstəqillik Bəyannaməsini qəbul edib. Oktyabrın 9-da Azərbaycan milli ordusunun yaradılmasına qərar verilib.

Nəhayət oktyabrın 18-də Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsinin ardınca, dekabrın 29-da keçirilmiş ümumxalq referendumunda iştirak etmiş seçicilərin 95 faizi ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

"Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi?"
Müstəqilliyin bərpasının 30 illiyi ərəfəsində Prezident İlham Əliyev deyib ki, o vaxt Azərbaycan rəhbərliyi müstəqilliyi elan edərkən "çox əsassız vaxt itkisinə" yol verib:

"1991-ci ilin oktyabrında bir çox keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir... Bu qədər gözləməyin səbəbi nə idi?"

Prezidentin fikrincə, buna görə də 18 oktyabr gününü "böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir".

"Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi?" - İlham Əliyev Füzuli rayonuna səfəri zamanl deyib.

ADR-in varisi


"43 istiqlalçı deputat"dan biri Fərəc Quliyevin qənaətinə görə, 30 il bundan əvvəl müstəqilliyin bərpa olunması "birmənalı şəkildə təsbit etdi ki, ölkə işğaldan qurtulub".

Fərəc Quliyev parlamentin 18 oktyabrı Müstəqilliyin Bərpası günü adlandırmasını dəstəkləyir:

"Bu daha məntiqlidir, çünki bu o deməkdir ki, bizim dövlətimiz mövcud olub və işğala məruz qaldıqdan sonra müstəqillik yenidən bərpa olunub.Xalqımız savaşıb, öz müstəqilliyini geri qaytarıb".

Fərəc Quliyev əlavə edib ki, bu il Azərbaycan 18 Oktyabrı həm də bəzi ərazilərinin işğaldan azad olunması fonunda qeyd edir.

"Mən arzulayıram ki, bundan sonra Azərbaycan hələlik suverenliyini tam şəkildə bərpa eləmədiyi ərazi üzərində də suverenliyini bərpa edə bilsin".

Azərbaycan ötən il baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi zamanı 30 ilə yaxın Ermənistan işğalı altında olmuş ərazilərinin böyük bir hissəsini azad edib. Xankəndi və onun ətafındakı bəzi yaşayış məntəqələri Azərbaycanın nəzarətində deyil. Bu ərazilərdə rus sülhməramlıları yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 31350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed