26.08.2022 [06:36] - Gündəm, Gənclik, Sağlıq
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağcabədi rayonu ərazisində yerləşən Qarabağ Atçılıq Kompleksində uşaq və yeniyetmələr üçün günərzi yay düşərgəsi təşkil olunub
Əvvəlcə kompleksin ərazisini gəzən düşərgə iştirakçılarına Qarabağ Atçılıq Kompleksinin zootexniki Yaşa Mirəliyev tərəfindən Qarabağ atları və onların tarixi haqqında ətraflı məlumatlar verilib.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev respublikamızın müxtəlif şəhər və rayonlarında təşkil edilən yay düşərgələrinin məqsəd və vəzifələrindən söhbət açıb, düşərgə iştirakçılarına xoş istirahətlər arzu edib.
“Uğur” İdman Klubunun direktoru, MMA idman növü üzrə məşqçi-müəllim, Prezident İlham Əliyevin Sərəncamları ilə "Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə" və "Qubadlı azad olunmasına görə" medalları ilə təltif edilmiş ağcabədili idmançı, Vətən müharibəsi əlili Cavid Allahverdiyev gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, Vətən sevgisi və ruh yüksəkliyi ilə döyüşə atılmaqlarından danışıb.
Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov çıxışında bildirib ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Taekvondo idman növü üzrə məşqçi müəllim Əli Əliyev ölkəmizdə bədən tərbiyənin və idmanın inkişafı, bu sahəyə yaradılan şəraitdən, idmanla məşğul olmağın faydalardan bəhs edib.
Düşərgədə uşaq və yeniyetmələri maraqlandıran suallar cavablandırılıb, əyləncəli və yaddaqalan gün keçirmələri üçün lazımi şərait yaradılıb.

Bu xəbər oxucular tərəfindən 20834 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |