Şrift:
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev Avronest-də BƏYANAT yaydı.
29.05.2013 [11:55] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Avronest PA üzrə Azərbaycan Nümayəndə Heyətinin üzvü Fərəc Quliyevin ERMƏNİSTAN NÜMAYƏNDƏ HEYƏTİnin AVRONEST PA-nın III PLENAR SESSİYASINA ünvanladığı məktubuna cavabı.

AVRONEST PA-nın III PLENAR SESSİYASINA TƏQDİM EDİLMİŞ MƏRUZƏ LAYİHƏLƏRİNƏ VERİLMİŞ BƏZİ DÜZƏLİŞLƏRLƏ ƏLAQƏDAR ERMƏNİSTAN NÜMAYƏNDƏ HEYƏTİ sesiyaya ünvanladığı məktubda göstərir ki, Avropa Qonşuluq regionunda mövcud olan münaqişələr müxtəlif səbəblərə, əsaslara və tarixə sahibdir. Buna görə də onlara yanaşma tam fərqli olmalıdır. Biz bununla razılaşırıq. Ermənistan təcavüzü əvvəldən planlaşdıran (asimus aqressimus)dövlətdir və boyuk ermənistan xülyasını da gizlətmir, öz qonşularının torpaqlarını Rusiyanın köməkliyi ilə işğal edərək boyuk ermənistan yaratmağa çalışır.

Dağlıq Qarabağ üzrə danışıqlar prosesində

Baza prinsipləri olaraq

- Güc tətbiq etməmək

- Bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsi

- Ərazi bütövlüyünü tanıdığını bildirir.

Ermənistan nümayəndə heyəti Avronest PA-nı diqqətli olmağa və Dağlıq Qarabağ münaqişəsi müzakirə edilərkən bu üç prinsipin mövcudluğunu nəzərə almağa çağırır. Ermənistan bu üç prinsipi də pozub:

1. Güc tətbiq etməmək - Ermənistan artıq güc tətbiq edərək Azərbaycanın Daglıq Qarabag və ətraf ərazilərini işgal edib və güc tətbiq etmənin nəticəsi olan indiki status –kvo yaranıb.

2. Bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsi - Erməni xalqı Rusiyanın köməyi ilə Azərbaycanın qərbində bir Ermənistan dövləti yaratmaqla müqəddəratın təyin edib. Ermənistanın işğal etdiyi Daglıq Qarabagdan qeyri-erməni sakinləri zorla çıxarıb orada qalan və oraya sonradan köçürülən ermənilərin müqəddəratını təyin etməsi - Bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etməsidirmi? Daglıq Qarabagdan zorla çıxarılanların hüquqları necə olsun?Ermənistan bütün qeyri –erməniləri Ermənistandan qovaraq monoetnik olkəyə çevrilib. Erməni məntiqi ilə ondan fərqli olaraq coxmillətli dovlətlər bu xalqların sayı qədər dövlətlərəmi parçalansın?

3.Ərazi bütövlüyünü tanıdığını bildirir.Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərini Ermənistan taniyirmi? Ərazi bütövlüyünə guya hörmət edən Ermənistan BMT-nin 4 məlum qətnaməsinə əməl edərək işğal etdiyi Azərbaycan toppaqlarını niyə azad etmir?

Ermənistanın haqsız olduğunu anlayaraq “həyati maraqlar müddəası”nı qaldıracağı ilə Avronest PA-nı hədələməsi Avronest PA çərçivəsində qurmağa çalışdığımız qarşılıqlı inama və etimad mühitinə zərər yetirmək və təhdiddir. Təcavüzkar Ermənistanın işğal siyasətinə göz yummaq isə pis ənənənin başlanğıcıdır.

Avronest PA üzrə Azərbaycan Nümayəndə Heyətinin üzvü Fərəc Quliyev.
Bu xəbər oxucular tərəfindən 1692 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed