Şrift:
Rəqəmsal televiziya yayımına keçid işləri sürətlənib
03.06.2013 [12:40] - Gündəm
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki,
bu ilin sonundan etibarən Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq.

Ə.Abbasovun sözlərinə görə, Azərbaycanda rəqəmsal televiziya yayımına keçidlə əlaqədar işlər sürətlənib: «Artıq bu ilin sonundan analoq yayım dayandırılacaq və gələn ildən tamamilə rəqəmsal yayıma keçiləcək».

Qeyd edək ki, bütün ölkə ərazisində rəqəmsal televiziya yayımını təşkil etmək məqsədilə xüsusi TV-paketlər hazırlanacaq. Həmçinin, aztəminatlı ailələrin maraqlarını nəzərə alaraq sosial TV-paketlərində formalaşdırılması planlaşdırılır. Payız aylarınadək aztəminatlı ailələr, onlara imtiyazlı TV dekoderlərin verilməsi üzrə ümumi məbləğ hesablanaraq Nazirlər Kabinetinə təqdim olunacaq. Artıq ilin sonunadək analoq televiziya yayımının dayandırılması ilə bağlı əhali dekoderləri ala biləcək, aztəminatlı ailələr isə dövlət hesabına sözügedən avadanlıqla təmin olunacaq. İlkin olaraq aztəminatlı ailələrə dekoderlərin verilməsi məqsədilə 5 mln. manatın ayrılması nəzərdə tutulurdu.
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed