Şrift:
ABŞ səfirliyinin qarşısında barrikadalar qurulub
10.06.2013 [12:34] - Gündəm, Türk dünyası-Turan
Polis etirazçılara su şırnağı və gözyaşardıcı qazla müdaxilə edib

Türkiyənin paytaxtı Ankarada İstanbulun Gezi parkı aksiyalarına dəstək nümayişləri ötən gecə də davam edib. ABŞ səfirliyinin qarşısında barrikadalar quraraq, yolu bağlayan və daş və şüşə qablarla hücum edən qrupa polis müdaxilə edib. Təhlükəsizlik qüvvələri etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. ABŞ səfirliyi yaxınlığındakı binalara ziyan dəyib.

Bundan əvvəl isə gün ərzində Kızılay meydanında aksiyalar keçirilmiş, polis bu aksiyaları dağıtmışdı.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed