Şrift:
Beyləqanda kanala düşən “Mercedes”-in sürücüsü ölüb
21.11.2011 [09:39] - Hadisə
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

Yerli sakinlərin APA-nın Qarabağ bürosuna verdiyi xəbərə görə, Beyləqan rayon sakini Ehtiram Cəfərov idarə etdiyi “Mercedes” markalı minik maşınını rayonun Dünyamalılar kəndi yaxınlığında ərazidən keçən “Qarabağ” kanalına aşırıb.

Sürücü hadisə yerindəcə keçinib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed