Şrift:
Azərbaycan və Yaponiya arasında seysmologiya sahəsi üzrə yeni sənədin imzalanması üçün ilkin razılıq əldə edilib
26.08.2013 [14:44] - Gündəm, Hadisə
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi və Yaponiyanın OYO - SHİNYEİ şirkəti arasında əlaqələrin genişləndirilməsi üçün anlaşma protokolunun imzalanması barədə ilkin razılıq əldə edilib. RSXM-in mətbuat xidmətindən verilən məlumata görə, AMEA-da Yaponiyanın OYO - SHİNYEİ şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
RSXM-in rəhbəri, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli bildirib ki, Azərbaycan seysmologiyası bu gün quruculuq və inkişaf mərhələsindədir. Azərbaycanda seysmik stansiyaların yeni və ən müasir avadanlıqlarla təmin edilməsi üçün mühüm addımlar atılıb.
Mərkəz rəhbəri qeyd edib ki, bu gün Respublika Seysmoloji Xidmət Mərkəzinin quruda 35 telemetrik seysmik stansiyası fəaliyyət göstərir. Bundan başqa, 3 seysmik stansiya dənizin dibində quraşdırılacaq. Mərkəz tərəfindən 24 GPS stansiyalar quraşdırılıb, 1 GPS stansiyanın isə Saatlı rayonunda yerləşən dərinliyi 8000 m olan quyu üzərində yerləşdirilməsi nəzərdə tutulur: "Bu stansiya vasitəsi ilə yerin dərin qatlarında gedən prosesləri müşahidə edə bilərik. Həmçinin mərkəzdə geofiziki və geokimyəvi tədqiqatlar da aparılır".
OYO- SHİNYEİ şirkətinin prezidenti Toru Kajvara isə bildirib ki, Bakıya ikinci dəfə səfər edir və burda çox böyük inkişaf görüb: "Ötən il səfərim zamanı Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində oldum. Burda hər şey- istər istifadə olunan seysmik cihazlar və avadanlıqlar, istərsə də tədqiqatların səviyyəsi demək olar ki, Yaponiya ilə eyni səviyyədədir".
Bu xəbər oxucular tərəfindən 1006 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed