Şrift:
Fərəc Quliyev: “Sona kimi mübarizə aparacağam”
30.08.2013 [23:23] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Müsahibimiz Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, prezidentliyə namizəd Fərəc Quliyevdir.

-Fərəc bəy imza toplama kompaniyası necə gedir?
-Normal gedir. Artıq 39 mindən artıq imza toplanılıb.

-Yerlərdə hər hansı problem olmayıb?
-Ağdamda bu yöndə xırda problem olub. Artıq bununla bağlı MSK-ya müraciət etmişik.

-Prezidentliyə namizədlərın kifayət qədər çoxdur. Bu namizədlər arasında öz potensialınızı necə dəyərləndirirsiniz?
-Mən namizədlərin hamısına hörmətlə yanaşıram. Baxışlarım adamlara görə deyil. Mən hesab edirəm ki, bu insanların gətirdiyi zehniyyət dəyərləndirilməlidir. Hakimiyyət uğrunda mübarizə aparmaq fizikal mənada birinin kreslo tutub digərinin unutmasından ibarət deyil. Hansı düşüncənin iş başına gətirməsindən ibarətdir.
Prezidentliyə namizədlərin hər birinə ciddi rəqib kimi baxıram. Heç birini küçümsəmək istəməzdim. Bu mövsümi bir yarışdır. Bu yarışdan sonra kim qalib çıxarsa, bu mən olmaramsa belə həmin qalibin əlini sıxmağa hazıram.

-Sona kimi mübarizə aparmaq əzmindəsiniz?
-Təbii. Hesab edirəm ki, biz kifayyət qədər formada olan təşkilatıq, eyni zamanda bizim oturuşmuş ideoloji prinsiplərimiz var. Seçkilərə gəlincə biz bu yarışa bu gündən hazırlaşmırıq. Təşkilatımız yaranandan fəaliyyətimizi seçkiyə kökləmişik. Eyni zamanda düşünürəm ki, biz uzunmüddətli fəaliyyətimizlə cəmiyyətdə özümüzü isbat etmişik. Milli demoktarik düşərgə kimi o da görsənir ki, bizim hakimiyyətə daşımaq istədiyimiz zehniyyətin alternativi yoxdur. Biz hakimiyyətə iddialıyıq.

-Fərəc bəy sizin prezidentliyə digər namizədlərdən fərqliliyiniz nədən ibarətdir?
-Bizim unikal təşkilatımız var. Azərbaycanda analoqu olmayan quruluşumuz var. Belə ki, bizim rayon şöbələri ilə yanaşı deportament institumuz vardır. Üstəlik bizim davranışımızda bir süar ki var. Bu bizi fərqləndirir. Biz deyirik ki, müxalifətçiliyimiz fərdlərə qarşı düşmənçilikdən ibarət deyil. Biz milli məsələrimizə uyğun olan bütün addımları dəstəkləyirik. Kimliyindən asılı olmayaraq kim bu addımı atırsa bunu dəstəkləyirik. Bu adam hakimiyyətdə də ola bilər, müxalifətdə də. Əgər Azərbaycanın milli maraqlarına uyğun olmayan addım atılacaqsa o anda həmin şəxslər qarşılarında bizi görəcəklər. Bizim uçun fikrin və davranışın kim tərəfindən olması yox, hansı fikrin və hansı davranışın olması əsasdır. Bu gün özünü müxalif kimi adlandırıb hakimiyyətdə olanlarla qərəzli mübarizə aparmaq düzgün yol deyil. Biz hakimiyyətdə olan nazirin çatışmamazlığını da deyirik, eyni zamanda onun yaxşı tərəfini də göstərməyə çalışırıq. Düşünürəm ki, bizim düşüncə tərzimizi personal olaraq bir başqası iş başına gətirəcəksə biz onu da alqışlayarıq.

-Cəmiyyət sizi müxalifət partiyası kimi tanıyır?
-Təbii ki tanıyır. Kimin hansı yöndə təbliğat aparmasından asılı olmayaraq artıq cəmiyyətdə təsdiqləndi ki, öz ölkəsinə, xalqına, milli resurlarına söykənən müxalifət məhz bizik. Biz nə Rusiyanın milli bayrasğı altında Milli Şurada təmsil olunduq. Nə əynimizə narıncı paltar geyindirə bildilər. İndi hakimiyyətə müxalifətçilik adı altında dövlətçiliyimizə müxalifətçilik edirlər. Bu yol verilməzdir. Biz hakimiyyətə müxalifik, dövlətə yox. Dövləti biz qurmuşuq. Dövlət bizimdir.

-Müxalif partiya kimi hansı problemlərin həllinə nail olmusunuz?
-Biz mübarizəni dəyirmi masalar arxasına keçirilməsinin tərəfdarıyıq. Biz hesab edirik ki. öz millətinə qarşı radikal müxalifətliçiyin fəlsəfəsi, açması yoxdur. Müxalifətçiliyin ən optimal yolu qeyd etdiyim bu yoldur. Mən bütün məsələlərlə bağlı parlamentdə öz fikirlərimi bildirmişəm. Həm problemləri həm də alternativləri göstərmişik. Verdiyimiz təkliflərin əksəriyyəti də qəbul olunub. Qanunsuz tikililərlə bağlı bununla bağlı qərar verildi burda bizim də rolumuz var. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllim ilə bağlı təkliflərimiz var. Biz bu məsələdə üstünlüyü BMT TŞ-nın qərarlarıın həyata keçirilməsi yönündə iş aparılmasına veririk. Bunun tərəfdarıyıq. 10-larla məsələləri göstərmək olar ki, həmin məsələlərin reallaşmasında rəhbərlik etdiyim partiyanın xüsusi rolu var.

-Prezidentlərə namizədlərin böyük əksəriyyəti millət vəkilləridir. Onlarla bir-birinizin xeyrinə namizədliyinizi geri götürmək yönündə hər hansı müzakirələriniz olub?
-Əvvəla onu qeyd edim ki, kimsənin xeyrinə namizədliyimi geri götürməyəcəyəm. Partiyamızın strategiyası vardı. Biz bunu görüb girdik mübarizəyə.

Ədil Ədilzadə "Ədalət" qəzeti
Bu xəbər oxucular tərəfindən 1686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed