Şrift:
Fərəc Quliyev insan haqqlarının müdafiəçisi kimi
25.09.2013 [16:47] - Gündəm, Fərəc Quliyev
Milli Məclisdə tələblər:
-Azad və ədalətli məhkəmə formalaşsın!
- Məmurların özbaşınalığı, vətəndaşların dövlət qurumlarında incidilməsi, insanlarla kobud davranılmasına son qoyulsun!
-Zorakılığa son qoyulsun!
-Azad mətbuata münasibət dəyişilsin!
-Yoxsul təbəqə dövlət qayğısı ilə əhatə onsun və belə insanların hüquqlari Müvəkkilin diqqətində qalsın!
-Pensiyaya çıxan hərbiçilərin mənzilləri özlərinə qalsın!
-Qəzali şəraitdə olan mənzildə yaşayanlar dərhal yeni mənzillərlə təmin olunsunlar!
Və s.

Prezidentliyə namizəd Fərəc Quliyevin bütün ictimayi-siyasi fəaliyyəti boyu insan haqlarını öndə tutmağı bacaran və bunu sözdə deyil, əməldə tətbiq edən bir siyası liderdir. O, ikinci dəfə millət vəkili seçildikdən sonra, xalqın ehtimadı ilə əldə etdiyi səlayihətlərdən istifadə edərək bu istiqamətdəki fəaliyyətini daha da genişləndirmişdir. Millət vəkili F.Quliyev təkcə seçildiyi dairədən olan seçicilərin deyil, bütün vətəndaşların hüquqları üçün çalışan sözün əsl mənasında millətin vəkili kimi tanındı. O, ölkənin bütün təbəqələrinin hüquqlarını parlamentdə mübariz şəkildə müdafiə edir, hər kəsin haqqının qorunmasını tələb edir.
F.Quliyev millət vəkili kimi Milli Məclisdə cəsarətlə Azərbaycanda məhkəmə sistemini tənqid etmiş, hökumətdən azad və ədalətli məhkəmə sisteminin formalaşmasına zəmin yaratmağı tələb etmişdir. Bu barədə o, Milli Məclisin 05.03.2013 tarixli iclasındakı çıxışı zamanı öz iradəsini ortaya qoymuş, hökumətin insan haqları ilə bağlı siyasətini tənqid etmişdir. Həmin çıxışında F.Quliyev hökumətdən dürüst və vicdanlı idarəçilik də tələb etmişdir. Millət vəkili dövlət məmurlarının özbaşınalığına, vətəndaşların dövlət idarələrində incidilməsinə, insanlarla kobud davranılması hallarına son qoyulmasını və insan haqqları üzrə müvəkkildən bu məsələlərə qarşı biganə olmamasını tələb etmişdir: “Vətəndaşlar həmişə, azad və ədalətli məhkəmə, dürüst və vicdanlı idarəçilik umurlar.
Əsas qorxu , dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimad olmadıqca, insanların dəyişikliklərə olan inamının itməsidir, nicatını kənarda axtarmağa meyl etməsidir. Məmurların özbaşınalığı, vətəndaşların dövlət qurumlarında incidilməsi, insanlarla kobud davranılması kimi faktların geniş yayıldığı bir vaxtda Müvəkkilin bu məsələlərə münasibəti ümumi və səthi xarakterdə olmamalıdır. Bu institut əməli fəaliyyətlə qanunun, vətəndaşların yanında olmalıdır.”
F.Quliyev mitinqlərdə həbs olunanların hüquqlarını onları həmin mitinqlərə çıxardanılardan daha çox müdafiə edən bir liderdir. Millət vəkili Parlamentdə mitinq iştirakçılarına qarşı zorakılıq hallarına yol verənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. O, hökumətin azad mətbuata olan münasibətini dövlətimizin beynəlxalq imicinə xələl hesab edir. F.Quliyev üçün məslə haqsizlığa məruz qalanın siyasi mənsubiyyəti deyil, onun Azərbaycan vətəndaşı olması əsas şərt hesab olunur. O, demoqratik bir mühitin formalaşması uğrunda mübarizə aparır. Bu barədə millət vəkili MM-də belə bir çıxış etmışdir: “Azərbaycanda etiraz edənlərin zorakılıqla susdurulması, nümayişçilərin döyülməsi, jurnalistlərin həbsilə əlaqədar müxtəlif beynəlxalq təşkilatlardan və xarici ölkələrdən gələn tənqidi hesabatlarının nəticələrini aradan qaldirmağa çalışmaqdansa, asayişin qorunması zamanı bu funksiyanı yerinə yetirənlərin insanlarla qanun çərçivəsində davranmasını, zorakılıq hallarına yol verenlərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün Müvəkkil də üzərinə düşənləri etməlidir. Düşünürəm ki, bu sahədə boşluq var.Və bu hallar Avropa təsisatlarında sonradan bizi pis vəziyyətdə qoyur.”
Bunlardan əlavə millət vəkili F.Quliyev MM-də davamlı olaraq hərbiçilərin, müəllimlərin, həkimlərin və digər ixtisaslı təbəqənin, yaxud da qəzalı vəziyyətdə olan mənzillərdə yaşayanların, qaçqın və məcburi köçkünlərin, tələbələrin, yoxsulluq həddində yaşayan insanların və s. təbəqələrin pozulmuş hüquqları ilə bağlı hökumətə qarşı sərt mövqe nümayiş etdirmiş və hər bir tənqidi ilə bağlı da öz təklifini vermişdir.
İstiqlalçı deputat, millət vəkili Fərəc Quliyev prezidentliyə namizəddir. O, indiyə qədər MM-də və digər yüksək tribunalardan səsləndirdiyi bütün təklifləri hakimiyyət konsepsiyası kimi seçki platformasına daxil edib. Məsələn, F.Quliyev hərbiçilərə xidmət zamanı verilmiş mənzillərin pensiyaya çıxan zaman onlardan alınmamasını tələb etmişdirsə, indi bu məslə onun konsepsiyasına daxildir. Yaxud da digər təkliflər. Bir sözlə prezidentliyə namizəd Fərəc Quliyev millət vəkili kimi necə insan haqlarının müdafiyəçisi kimi tanıbsa, hakimiyyət platforması da bu üstünlüyü ilə seçilir. Fərəc Quliyev və onun komandası sözün əsl mənasında layiq olduğumuz cəmiyyəti formalşdırmaq iddiasıdadır.
Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed