Şrift:
Fərəc Quliyev Bütöv Azərbaycanın ən layiqli dövlət başçılarından biridir
04.10.2013 [09:54] - Güney Azərbaycan xəbərləri, Özəl xəbər, Fərəc Quliyev
Əlirza Amanbəyli: “Fərəc bəylə Parlamentdə görüşən zaman o mənə vizitkartını verdi və orada qeyd olunmuşdu: “Şimali Azərbaycan Respublikasının millət vəkili Fərəc İbrahim oğlu Quliyev”

Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin rəhbəri, MDHP sədr müavini Əlirza Amanbəyli ilə müsahibə

Əlirza Amanbəyli Məhəmməd Rəhim oğlu, 21 mart 1966-cı ildə İranın (Güney Azərbaycan) Təbriz şəhərində anadan olub. Orta təhsilini həmin şəhərdə bitirdikdən sonra 1986-1988-cı illərdə hərbi xidmətdə (İran-İraq muharibəsində) olub. 1989-cu ildə sovet hakimiyyəti dağılan zaman və bu hadisələrdən də çox qabaq İranda Azərbaycanlıların milli azadlığı yolunda siyasi, mədəni və ictimai fəaliyyət göstərib. Şimali Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatında (Sərhəd Hərəkatı) yaxından iştirak etmək üçün 1989-cu ildən 1993-cu ilə qədər dəfələrlə qaçaq olaraq Azərbaycan Respublikasında olub. Orada gedən proseslərdə yaxından iştirak edib.
Qarabağ muharibəsi zamanı Güney Azərbaycandan Qarabağda yaralanan soydaşlarımıza tibbi yardımlar və dərmanlar təşkil edərək döyüş bölgələrinə və Bakıdakı hərbi xəstəxanalara çatdırıb. Qarabağ döyüşlərində yaralanan 200 nəfərə yaxın əsgərin Təbriz və Tehran xəstəxanalarında Doktor Cavad Heyyətin nəzarəti altında müalicələrini təşkil etmişdir.1990-1991-ci ilərdə Naxcıvan MR rus və erməni silahlıları tərəfindən hərbi və iqtisadi blokadaya alınan zaman Təbrizdə istilik sobaları və yanacaq yardımları təşkil edərək qaçaq yolla Naxcıvana çatdırmışdır. İran rejiminin işğalçı ermənilərə maddi və mənəvi dəstəyinə qarşı Təbrizdə və başqa şəhərlərdə etiraz aksiyaları təşkil etdiyinə və Azərbaycan Respublikasından İrana gələn soydaşlarımızla yaxın əlaqələr yaratdığına görə İranın Təhlükəsizlik məmurları tərəfindən dəfələrlə həbs edilərək ağır işgəncə və təziqlərə məruz qalıb. İran inqilab məhkəməsi onu Azərbaycan və Türkiyə Dövlətinə casusluqda günahlandıraraq ona qarşı ağır ittihamlar irəli sürüb. Lakin həmin ittihamları subut edən tutarlı faktlar olamadığından sonuncu dəfə Əlirza Amanbəyli 1993-cü ilin sonlarında yekun məhkəməyə qədər mülk girovu muqabilində müvəqqəti azadlığa buraxılsa da, yenə də rejimin təhlükəsizlik məmurları tərəfindən təqib və təziqlərə məruz qalığı üçün müstəqil Azərbaycan Respublikasına pənah gətirib. Uzun illər Təbrizdə Azərbaycan milli musiqisini (xanəndəlik etməklə ) təbliğ edən Ə.Amanbəyli 1994-cü ildə mərhum Heydər Əliyevin göstərişi ilə Azərbaycan dövləti hesabına təhsil almaq icazəsi alıb. Həmin il Bakı Musiqi Akademiyasının muğam fakultəsinə (xanəndəlik bölümünə) daxil olub. Musuqi Akademiyasında 6 il müdətində dünya şöhrətli xanəndə İslam Rzayev və Lütviyar İmanovun tələbəsi olub 2000-ci ildə ali təhsilini bitirib. Musiqi fəaliyyətində 2000-ci il muğam musabiqəsinin lauriyatı, 2003-cü il sərhəd qoşunlarının marşını yazdığına görə Fəxri fərmana layiq görülüb bir çox vətənpərvər mahnıların müəlifi və mahir ifaçısıdır. Bunlarla yanaşı, Azərbaycanın Dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etməsi məqsədilə Azərbaycanın milli mənafeyini üstün tutan daxildə və xaricdə fəaliyyət göstərən siyasi, ictimai və diaspor təşkilatlarla sıx əməkdaşlıq edərək əlindən gələni əsirgəməyib. Əlirza Amanbəyli 1983-cü ildə Güney Azərbaycan Qurtuluş təşkilatının mərkəzi komitəsinin üzvü,1990-ci il 20 Yanvar hadisələrindən sonra Bakıda rus və erməni işğalçılarına qarşı Fərəc Quliyevin təşəbüsü ilə yaradılmış Qisas təşkilatının üzvü, 1992-ci ildə Quzey Azərbaycanda Xalq Cəbhəsinin (AXC) Güney Azərbaycan üzrə koordinatoru, 1997-ci ildə mərhum Əbülfəz Elçibəyin rəhbərliyilə qurulan Bütöv Azərbaycan Birliyi (BAB) rəyasət heyətinin üzvü, 2002-ci ildə Güney Azərbaycan Milli Oyanış Hərkatının mərkəzi komitəsinin üzvü və Quzey Azərbaycan bürosunun aparıcı üzvlərindən biri olmuşdur.
1993-cu ildən Quzey Azərbaycanda siyasi mühacir statusu alaraq Bakı şəhərində yaşayır.
2006-ci ildən 2011-ci ilin sentyabr ayına qədər Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası ilə Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətinin və www.dak.az saytının rəhbəri, 2011-ci ilin oktyabr ayından Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini və Güney Azərbaycan departamentinin sədri, www.davam.az xəbər portalının koordinatoru vəzifəsində çalışır. Əlirza Amanbəylinin Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Avropa mətbuatında Güney Azərbaycan Türklərinin milli hüquq və azadlıqları mövzularında müsahibə və məqalələri çap olunub.

-Əlirza bəy, əvəlcə MDHP Güney Azərbaycan Departamentinin yaranma məqsədi və fəaliyyəti haqda qısa da olasa məlumat verərdiniz.

-Diqətinizə çatdırım ki, Milli Dirçəliş Hərəkatı Partiyası yarandığı gündən təşkilatın rəhbərliyi Bütöv Azərbaycanı əhatə edə biləcək bir system formalaşdırmağa başladı və başqa partiyalardan fərqli olaraq, ilk dəfə MDHP-də bütün bölgələr üzrə departamentlər yaradıldı və həmin departamentlərə də əsasən həmin bölgələrdən olan şəxslər rəhbər təyin olundu. MDHP-də departamentlər əsasən bunlardan ibarətdir, Güney Azərbaycan Departamenti, Qərbi Azərbaycan Departamenti, Dərbənd Departamenti, Borçalı Departamenti, Qarabağ Depatmenti, Bakı və ətraf kəndləri departamenti, Türk dünyası Departamenti və Diaspr departamenti.
Bu departamentilərin hədəf və məqsədləri həmin bölgələrin gündəmdə olan poroblemlərinə adevkat münasibət bildirmək və həmin porobleməri mümkün qədər həll etməklə yanaşı eyni zamanda MDHP-nin digər departamentlərlə birlikdə Bütöv Azərbaycan məsələsini gündəmdə saxlamaq, xalqımızı bü yöndə marifləndirməkdir.

-MDHP yeganə partiydır ki, Güney Azərbaycanla bağlı xüsusi bir struktura malikdir. Güneyli soydaşlarımızın poroblemləri ilə əlaqədar hansi işlər görülüb və nəticəsi necə olub?

-Bildiyiniz kimi partiyamızın sədri millət vəkili Fərəc Quliyev Güney Azərbaycan Məsələsini indi deyil, 1989-ci ildən yəni sərhət hərəkatına rəhbərlik etdiyi zamandan bəri bütün imkanlarından istifadə edərək gündəmdə saxlayıb. Xatırlasanız, 1992-ci ildə Fərəc bəy Azərbaycan Parlamentində istiqlalçı depdat olaraq müstəqilik aktına imza atan şəxslərdən biridir və məhz həmin dövrüdə Fərəc bəy təkidlə bildirirdi ki, bu respublikanın adını Şimali Azərbaycan Respublikası qoymaq lazımdır ki, bütün dünya bilsin ki, bu Şimalın bir Cənubu var. Hətta həmin vaxt mən Fərəc bəylə Parlamentdə görüşən zaman o mənə vizitkartını verdi və orada qeyd olunmuşdu: “Şimali Azərbaycan Respublikasının millət vəkili Fərəc İbrahim oğlu Quliyev”. Təsəvvür edin, Fərəc bəyin belə təşəbüsləri Güney Azərbaycanın milli oyanışna nə qədər müsbət təsir göstərirdi. Bir tərəfdən öndərimiz mərhum Əbülfəz Elçibəy və onula yanaşı Fərəc bəyin Bütüv Azərbaycan məsləsi, Azərbaycanın birləşməsi məsələsi dünyada çox böyük əks səda doğururdu.
MDHP Güney Azərbaycan Departamenti Güney Azərbaycan Milli Azadlıq Hərəkatilə sıx əlaqələrə malikdir, orada baş verən bütün prosesləri yaxından izləyir və orada soydaşlarımızın apardıqı haqlı mübarizəsini bütün gücü ilə dəstəkləyir və sona qədərdə dəstəkləyəcək. Bizim hədəfimiz Azərbaycanın tarixi torpaqlarında dövlətçiliyimizi bərpa etməkdir. Hərkəs bu yolda bir addım atırsa biz onun yanındayıq və kimsə bu yolun qarşısına çıxarsa önündə bizi görəcək!
MDHP Güney Azərbaycan Departamenti, partiyamızın başqa departamentlərilə birlikdə İran həbsxanalrında saxlanınan milli fəalların durumları ilə əlaqədar beynəlxalq insan haqqları təşkilatlarına mütəmadi olaraq məlumatlar göndəririk. MDHP sədri Fərəc Quliyev istər Parlamentdə, istərsədə xarici ölkələrdə səfərdə olduğu zaman bütün rəsmi görüşlərində Güney Azərbaycan Türklərinin milli hüquq və azadlıqlarının İran rejimi tərəfindən pozulduğunu daima diqqət mərkəzinə gətirir və bu yöndə müsbət nəticələr əldə edilir. Biz Bakıda siyasi mühacir olan güneylilərin pozulmuş hüquqları ilə əlaqədar Fərəc bəyin vasitəsilə həm Parlamendə, həmdə hakimiyyətin başqa dairələrində müzakirələr aparmışıq və ciddi nəticələr əldə etmişik. Güneylilərin pulsuz və ya güzəştli təhsil məsələləri, siyasi mühacirlərin vətəndaşlıq və status məsələləri və onların ev, iş və sosyal təminatları haqda hökümətə təkliflərimiz olub və müsbət qarşılanıb. Ümid edirəm ki, yaxın günlərdə sadaladığım məsələlər haqda müsbət nəticələr olacaq.

-Partiyanızın sədri, millət vəkili Fərəc Quliyevin Güney Azərbaycanla bağlı aktiv fəaliyyəti və sərt mövqeyinə görə, bəzən onu Bütöv Azərbaycanın millət vəkili adlandırırlar. Fərəc Quliyev prezidentliyə namizəddir. Əgər seçilsə, hazırkı reallıqlar və dünya düzəni fonunda Bütöv Azərbaycanın prezidenti necə, ola bilərmi sizcə? Ümumiyyətlə partiyanız hakimiyyətə gələrsə Güney Azərbaycan və güneylilərlə bağlı hansı siyasəti yürüdəcək?

-Fərəc bəy, həqiqi mənada əsil siyasətçidir və ən başlıca mərhum öndərimiz Əbülfəz Elçibəyin layiqli davamçısıdır. Amma, özü hər zaman deyir ki, mən 50 milyinuluq Azərbaycan xalqının əsgəriyəm. Əgər Azərbaycanın güneyi öz istiqlalına qovuşsa və 200 illik ayrılıqdan sonra birləşmə baş tutsa, Fərəc bəy Bütöv Azərbaycanın ən layiqli dövlət başçılarından biridir.
MDHP, istər hakimiyyətə olsun və ya olmasın, məram və məqsədlərinə nail olmaq üçün bütün imkanlarından yaralanacaq. Biz Güney Azərbaycanın istiqlala qovuşmasını özümüzün əsas hədflərimizdən biri hesab edirik. Əgər MDHP hakimiyyətə gəlsə bu məsələyə daha səmərəlli işlər nəzərdə tuturuq və Güney Azərbaycan Türklərinin öz müqəddəratını təyin etməsi üçün, nə lazim gələrsə edəcəyik. İlk növbədə Bakıda məskunlaşmış Güneyli soydaşlarımızın vətəndaşlıq məslələləri, onların təhsil, ev və sosoyal təminatları öz həlini tapacaq. Xaricdə mühacirətdə olan Güneyli soydaşlarımızın vizasız Azərbaycana gəlmələrini və onlara burada biznes və sahibkarlıqla əlaqədar maksimum güzəştli şəraitin yaradılmasını təmin edəcəyik. Güny Azərbaycanda yaşayan soydaşlarımızın Azərbaycanda pulsuz təhsil alamalarını təmin edəcəyik.
Beynəlxalq müstəvidə Güney Azərbaycan türklərinin İran rejimi tərəfindən pozulmuş milli hüquq və azadlıqlarının bərpa ollunmasına çalışacayıq və Güney Azərbaycan məsələsini bütün Türk dövlətlərinin gündəminə gətirəcəyik. İran hakimiyyətilə bütün münasibətlər Güney Azərbaycan Türklərinin maraqlarına uyğun qurulacaq.

Müshibəni götürdü:
Emil Səlimov
Bu xəbər oxucular tərəfindən 1897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed