Şrift:
Təhsil Nazirliyi Azərbaycanda əmək bazarının inkişafı üçün yeni təşəbbüsləri açıqlayıb
04.10.2013 [17:21] - Sosial
“Təhsil və Karyera” sərgisi çərçivəsində Təhsil Nazirliyinin təşəbbüsü ilə “Azərbaycanda əmək bazarının inkişafı üçün yeni təşəbbüslər” adlı dəyirmi masa keçirilib.Dəyirmi masanın əsas məqsədi ali təhsil müəssisələri və işəgötürən təşkilatlar arasında dialoqu inkişaf etdirmək, ölkədə insan resursları bazarında mövcud problemlərə nəzərə salmaq, tərəflər arasında əlaqələri genişləndirmək və digər sahələrdə addımları müzakirə etməkdən ibarətdir. İlk dəfə keçirilən iclasda əmək bazarının aktual məsələlərindən biri olan peşəkar kadrlara ehtiyac və işçi qüvvəsinin iş yerlərinin tələblərinə uyğunluğu müzakirə edilib.



Təhsil Nazirliyində İnformasiya şöbəsinin Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bu gün Azərbaycanda əmək bazarının inkişafı üçün təhsilin qarşısında kifayət qədər ciddi məqsədlər var. Onun sözlərinə görə, bu məqsədlərə iş aləmi, iş sektoru təhsillə birgə nail ola bilər. Dəyirmi masanın davamında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihə meneceri İlkin Nəzərov geniş məruzə ilə çıxış edib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed