Şrift:
İki türk pilota qarşılıq olaraq 9 livanlı döyüşçü azad edildi
21.10.2013 [11:41] - Hərb
ivanda girov götürülən iki Türk pilota qarşılıq olaraq Suriyada müxaliflər tərəfindən əsir götürülən 9 Livanlı döyüşçü azad edilib.



Livanda “İmam Rza ziyarətçiləri” adlı silahlı bir qrup tərəfindən girov götürülən Türk Hava Yollarının iki Türk pilotunun qısa zaman sonra azad ediləcəyi bildirildi.

TRT Türk kanalının verdiyi xəbərə görə Qatar xarici işlər naziri Türk pilotları girov götürən qrupun tələbinin yerinə gətirildiyini, Suriyada müxalif qruplar tərəfindən əsir götürülən 9 livanlının azad edildiyini bildirib. Beyrut polis rəisinin 9 livanlını təslim alan kimi türk pilotların azad ediləcəyi iddia edilir.

Qeyd edək ki, bugün Türkiyə baş naziri Ərdoğan girov götürülən iki türk pilotdan biri olan Murat Akpınarın həyat yoldaşına zəng edərək çox yaxın vaxtda “xeyirli xəbəri” verəcəklərini bildirib.
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed