Şrift:
Hərbçilərimiz Gürcüstanda birgə təlimlərdə iştirak edəcək
02.11.2013 [12:38] - Gündəm, Hərb
Təlimlər "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında həyata keçirilir

Hərb Azərbaycan hərbçiləri noyabrın 4-dən 7-dən Gürcüstanda keçiriləcək hərbi təlimlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlər Azərbaycan-Gürcüstan ikitərəfli hərbi əməkdaşlıq planı əsasında keçiriləcək.

Hərbiçilərimiz Gürcüstan hərbçiləri ilə birlikdə hərbi-texniki məsələlər üzrə təcrübə mübadiləsi aparacaqlar.

Qeyd edək ki, təlimlər "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində, fərdi tərəfdaşlıq proqramı əsasında həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed