Şrift:
Azərbaycan və ABŞ arasında biznes forum keçiriləcək
19.11.2013 [10:31] - İqtisadiyyat
Biznes foruma kimya sənayesi, energetika, əczacılıq, alternativ və bərpa olunan enerji sektorlarından 15-dən artıq ABŞ iş adamı qatılacaq
Azərbaycan Azərbaycan və Amerika Birləşmiş Ştatlar arasında biznes forum keçiriləcək. ANS PRESS-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun 25 noyabr 2013-cü il tarixində Amerika Birləşmiş Ştatlarının(ABŞ) Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətlərinin Azərbaycana ticarət missiyasıi çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ Biznes Forumu keçiriləcək.

Biznes foruma kimya sənayesi, energetika, əczacılıq, alternativ və bərpa olunan enerji sektorlarından 15-dən artıq ABŞ iş adamının qatılacağı gözlənilir.

Tədbir 25 noyabr tarixində saat 11.00-dan etibarən "Bakı Biznes Mərkəzi"ndə (Neftçilər prospekti, 32) keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 992 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed