22.11.2013 [13:44] - Gündəm, Siyasət
Ruslar ermənilərə kredit ayıracaqlar.
Rusiya və Ermənistan nüvə təhlükəsizliyi sahəsində texniki əməkdaşlıq haqqında saziş hazırlayıb.
Bu saziş Metsamor atom elektrik stansiyasının (AES) yeni enerji bloku üzrə texniki əməkdaşlığı da nəzərdə tutur.
Ermənistan hökumətinin noyabrın 21-də keçirilmiş iclasında qeyd olunan layihəni Ermənistanın energetika naziri Armen Movsisyan təqdim edib.
Saziş hökumət tərəfindən hələlik qəbul edilməyib.
Yeni enerji blokunun tikiləcəyi tarix hələlik məlum deyil. Buna səbəb maliyyələşməyə dair tam zəmanətin olmamasıdır. Rusiya hələlik layihənin bir hissəsini maliyyələşdirməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, cari ilin sentyabrında Metsamor AES-nin fəaliyyət göstərən enerji blokunun istismar müddəti 2016-cı ildən 2026-cı ilədək uzadılıb.
Rusiyanın “Rosatom” şirkəti AES-in fəaliyyətini 2026-cı ilədək davam etdirilməsi üçün texniki dəstək göstərəcək. Rusiya bu məqsədlə Ermənistana məbləği yaxın 2-3 ay ərzində müəyyən ediləcək güzəştli kredit ayırmaq niyyətindədir.

Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |