Şrift:
Ağ Ev: İran uranı 5 faizdən yuxarı zənginləşdirməməyə razılaşıb
25.11.2013 [11:32] - Siyasət
“Altılıq” ölkələri ilə əldə olunmuş razılığa əsasən, İran uranı 5 faizdən yuxarı zənginləşdirməməyə, 20 faizədək zənginləşdirilmiş uranı isə 5 faizlik həddən aşağı salmağa razılıq verib.


“RİA Novosti”in verdiyi xəbərə görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.



Bundan başqa, Amerika administrasiyasının məlumatında deyilir ki, İran əlavə sentrifuqalar quraşdırmamağa, təkmilləşdirilmiş sentrifuqaların istifadəsindən və uranın zənginləşdirilməsi üçün yeni obyektlərin tikintisindən imtina etməyə razılaşıb.



“İran həmçinin uranla bərabər nüvə silahının istehsalında istifadə edilə biləcək plutoninin əldə olunması üçün proseslərə son qoyacaq”, deyə Ağ Evin açıqlamasında deyilir.
Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed