Şrift:
30 ildən sonra insanlar 120 il yaşaya biləcək
06.12.2013 [11:27] - Sağlıq
İnkişaf etmiş ölkələrdə insanlar 90 yaşa qədər yaşayırlar

Sağlamlıq 30 ildən sonra inkişaf etmiş ölkələrdə insanlar orta hesabla 120 ilədək yaşaya biləcək.Bu informasiyanı Rusiyanın İjevsk şəhərində keçirilən Beynəlxalq elmi-praktiki konfransda Rusiya Federasiyası hökumətinin Ekspert Şurasının üzvü Sergey Qradirovski deyib.

Onun sözlərinə görə, artıq indidən bəzi inkişaf etmiş ölkələrdə insanlar 90 yaşa qədər yaşayırlar. 10 ölkədə isə qadınlar 85 ildən çox ömür sürürlər. Ekspertin fikrincə, tibbin yüksək texnologiyaya çatması, şəhərlərin modernləşməsi, sağlam həyat tərzi insanların çox yaşaması üçün vacib olan elementlərdəndir.

Xatırladaq ki, dekabrın 6-da sona çatacaq konfransda Rusiya, Böyük Britaniya, İsrail, İrlandiya, Meksika, Fransa və İsveçrədən alimlər iştirak edib.
Bu xəbər oxucular tərəfindən 1175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed