Şrift:
“Azərbaycanda dərmanların qiyməti süni şəkildə qaldırılır, dəyəri 50 qəpik, 1 manat olan antibiotiklər 5-10 manata satılır”
01.12.2011 [17:03] - Sağlıq
“Son dövrlər Azərbaycanda dərmanların qiymətləri süni şəkildə qaldırılır. Dəyəri 50 qəpik, 1 manat olan antibiotiklər 5-10 manata satılır”.

Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev əczaçılıq şirkətlərinin Bakıda fəaliyyət göstərən nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

E. Ağayev iclasda dərman vasitələrinin içlik vərəqələri ilə bağlı yol verilən qanunsuzluqlara da toxunub. Nazir müavini bildirib ki, qanunvericiliyə görə, həmin vərəqələr Azərbaycan dilində olmalıdır: “Bir çox əczaçılıq şirkəti bu tələbə məhəl qoymur. Mən ölkədə qeydiyyatdan keçən 3600-ə qədər dərman preparatının Azərbaycan dilində yazılmış içlik vərəqələrini təsdiqləmişəm. İçlik vərəqələri hazırlanır, təsdiq edilir, ancaq aptekdən dərman alanda onun içərisində Azərbaycan dilində içlik vərəqi görmürük. Bu məsələyə diqqətlə yanaşılmalıdır”.
Bu xəbər oxucular tərəfindən 2344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed