Şrift:
Belçikada Azərbaycan günü adlı tədbir keçirilib
21.01.2014 [14:51] - Gündəm, Diaspor
Belçikanın Brügge şəhərində yerləşən “Avropa Kolleci”ndə Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə bu ali təhsil ocağında “Azərbaycan günü” adlı tədbir keçirilib.



Azərbaycanın Belçika Krallığı və Lüksemburqdakı səfirliyindən verilən məlumata görə, tədbirdə universitetin professor-müəllim heyəti və çoxmillətli tələbə auditoriyası iştirak ediblər. Qeyd edək ki, ali təhsil ocağında hazırda Azərbaycandan 4 tələbə magistr pilləsi üzrə təhsil almaqdadır.



Tədbirdə Azərbaycan musiqisi səsləndirilib və tələbələr tərəfindən milli rəqslər nümayiş etdirilib.



İştirakçılar Azərbaycan şirniyyatları dadıblar. Yaradılmış stenddə ölkəmizə aid çoxsaylı təbliğat materialları, jurnal və broşürlər nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed