Şrift:
Güney Azərbaycanda inqilabi hərəkata başlamağın vaxtıdır- MÜSAHİBƏ
22.01.2014 [09:06] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Kanadada fəaliyyət göstərən Güney Azərbaycan Türklərini Müdafiə Mərkəzinin başqanı, Kanada Vəkillər Kollegiyasının üzvü Hüseyn Türkellinin müsahibəsi.

- Hüseyn bəy, İranda Güney Azərbaycanın kürdləşdirilməsi prosesinə nə vaxtdan başlanılıb?

- İndiki dövrdə, 70-ci illərdə İraq kürdlərinin Səddam Hüseynə qarşı silahlı üsyanı və bu üsyanın diktator tərəfindən ört-basdır edilməsindən sonra İraq kürdlərinin İrana və dolayısı ilə Güney Azərbaycanın Qərb bölgələrinə axını başladı. Amma ən kütləvi axın İranla İraq arasında, tarixi torpaq mübahisələrə son qoymaq məqsədilə imzalanan “Əlcəzair” Müqaviləsinin bağlanmasının ardınca baş verib. 1975-ci ildən sonra İraqdan 300.000 kürdəsilli İraq vətəndaşı Güney Azərbaycanın Qərb bölgəsinə köçürülüb. İraq kürdlərinin Səddama qarşı növbəti üsyanı və 1-ci Körfəz müharibəsi ərəfəsində Güney Azərbaycana 100 minlerlə kürd axını olub. Onların miqrasiyası Qərbi Azərbaycanın bəzi şəhərlərində demoqrafik duruma ciddi təsir edib.

- Məqsəd nədir?

- Əvvəlcə onu qeyd edim ki, keçmiş Pəhləvi rejiminin rəsmi ideologiyası olan “Ariçilik- Fars irqçiliyi” molla rejiminin hakimiyyətə gəlməsindən sonra İslam ümmətçiliyi adı ilə pərdələndi. Amma son 20 ildə, xüsusilə Rəfsəncaninin prezidentliyindən bu yana qatı farsçılıq ideologiyası yenidən dövlət ideologiyasına çevrilməyə başladı. Prezident Xatəmi və Əhmədinejadın dövründə ariçilik artıq açıq şəkilədə dövlət rəsmilərinin dilindən səsləndirildi. Misal üçün Əhmədinejadın qudası və müavini olan İsgəndər Rəhim Məşayi açıq şəkildə Quruş əfsanələrindən, ariçilikdən danışırdı. Farsçılıq ideologiyasına görə kürdlər və farslar eyni soy-kökdəndirlər. İslam ümmətçiliyi arxa plana keçdiyindən molla rejimi artıq buna yox, ariçilik-fars ideologiyasına üstünlük verdiyi üçün kürdləri ön plana keçirdi. Həmçinin molla rejimi kürd amili ilə müqayisədə Azərbaycan təhlükəsinin daha böyük, daha ciddi və daha real olduğunu düşünür. Fars şovinizmini Türk Dünyasının gələcək birliyi qayğılandırdığından, eyni zamanda gələcək istiqlal savaşı zamanı Türkiyənın Güney Azərbaycana olacaq dəstəyinin əvvəlcədən qarşısını almaq məqsədilə Güney Azərbaycanla-Türkiyə arasında kürdlərdən bufer zonasının yaradılması və İran “Kürdüstan”ındakı terroru Türkiyəyə transfer etmek siyasətini həyata keçirir. Bu farsların “parçala, hökm sür!” siyasətinin tərkib hissəsidir. Farslar ayaqda qalmaq ve hökmranlığa davam etmək üçün kürd-türk münaqişəsini qızışdırırlar. Təəssüf ki, bəzi kürd tayfa və təşkilatları da molla rejiminin bu təxribatına gedirlər. Rəsmi Tehran mübahisələri süni şəkildə qızışdırmaqla, dünya ictimaiyyətini İranın unitarlığı, birliyi pozularsa bölgədə guya qanlı müharibələr, insan fəlakətləri, soyqırımlar baş verəcəyinə inandırmağa çalışır. Bununla Qərbin İrandakı milətlərin milli azadlıq mübarizəsinə dəstək verməsinə mane olmaq istəyir.

- Kürdləşdirmə planı hansı mənfi nəticələri ortaya qoyub?

- Azərbaycan torpaqlarına kürdlərin yerləşdirilməsi ciddi problemlər yaradıb, o cümlədən demoqrafik vəziyyət dəyişib. Balans pozulduğundan Azərbaycandan ayrılma və kürd əyalətinin qurulması çağırışları səslənməyə başlayıb. Bu çağırışlar ən azı bir dəfə qarşıdurma və qanlı qırğınlara səbəb olub. 1979-cu ildə İslam İnqilabından dərhal sonra qurulan Əbülhəsən Bənisədr hökuməti Kürdüstan Demokrat Partiyası ve Komelə Partiyasının quldur dəstələrinə Qərbi Azərbaycanda nizam-intizamın qorunması həvalə etdi. Onlar polis obrazını canlandırırdılar. Qərbi Azərbaycan tamamilə kürdlərin nəzarətinə verildi. Kürd silahlıları isə azərbaycanlıların malına və canına qənim kəsildilər. Məsələn, onlar Sulduzda Azərbaycan türklərinə qarşı kütləvi qırğınlara əl atdılar. Azərbaycan türklərinin silahlı mübarizəsindən sonra işğala son qoyuldu. Azərbaycanın bütün bölgələrindən – Təbriz, Muğan, Ərdəbil, Sarab, Zəncandan və başqa şəhərlərdən insanlar Urmiya, Sulduza axışmağa başladı. Minlərlə igidin qanı bahasına kürd işğalına son qoyuldu. Xalqın işğala qarşı mübarizəsinin təşkilində bir sıra azərbaycanlı ordu komandirləri, seperatçı kürdlərə qaşı mübarizəsilə yadda qalan Urmiyanin imam cüməsi Ayətullah Həsənin böyük xidmətləri olub. Azərbaycanın parçalanmasına qarşı kəskin mövqeyini ortaya qoyduğu üçün vəzifəsindən kənarlaşdırıldı.

- Separatçı kürdlərə qarşı isti münasibət nədən qaynaqlanır?

- Burada farslarla kürdlərin soy-kök birliyi əsas rol oynayır. Güney Azərbaycan təhlükəsinin qarşısını almaq üçün molla rejimi “kürd kartı”nı ortaya atır. İran parlamentində Azərbaycan torpaqları hesabına “Şimali Kürdüstan əyaləti”nin yaradılması planı gündəmə gətirilib. Bu planlara qarşı kəskin mövqe qoyan azərbaycanlıların sıxışdırılmasına başlanıb. Bütün bunlar Ruhani hökumətinin və bütün molla rejiminin Azərbaycanı parçalamaq və yox etmək planlarını həyata keçirməkdə israrlı oluğunu göstərir. Fars rejimi sadəcə hakimiyyətdə qalmaq üçün kürd-türk əlaqələrini qırır. Məqsəd qeyri-fars millətlərini zəiflədərək fars toplumunu önə çıxarmaqdır. Kürdlərin mollaların bu hiylələrinə getməməsi daha yaxşı olardı. Amma təəssüf ki, onlar tam olaraq rejimin arzuladığı formada hərərkət edirlər. Necə deyərlər artıq ox yaydan çıxıb.

- Rejimin niyyətinin qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

- Milli hərəkat bütün gücü ilə meydanlara çıxmalı, bütün düşüncə fərqlilikləri unudulmalı, məsələdə ortaq mövqe masaya qoyulmalıdır. Kütləvi etirazlara start vermək, hökuməti geri çekilməyə məcbur etmək lazımdır. Eyni zamanda ordudakı azərbaycanlılarla işləmək də vacibdir. Qalan cəmiyyət isə silahlı mübarizəyə tam hazır olmalıdır. İşğalçı üstümüzə əli silahlı yüyürəndə dəftər, qələm, şeir, qəzəl işə yaramayacaq. Torpağını, namusunu qorumaq üçün artıq silaha sarılmaqdan başqa seçim qalmır. Artıq millətimiz torpağa basdırdıqlarını üzə çıxarmalı, hazır olmalıdır. Biz kiminsə haqqını almırıq, özümüzü müdafiə edirik. Bu, bizim haqqımızdır. Ölkə qanunlarına və beynəlxalq hüquqlara zidd hərəkətlər deyil. Artıq ilkin müdafiə tipli etiraz səsləri yüksəlməyə başlayıb. Yaxın günlərdə bir qrup Təbriz gənci kəfən geyinərək tarixi torpaqlarımızı qoruyacaqları barədə açıq mövqe ortaya qoymağa başlayıblar.

- Mollaların “kürd kartı”na qarşı “SMS kampaniyası” başladıldı. Nəticəsi oldu?

- Kampaniya Milli Hərəkat üzvlərini ayıtmaq üçün başladıldı, hələ də uğurla davam etdirilir. Çünki insanlarımız bir sıra gerçəkləri bilmirlər. SMS-lər, yaxud sosial şəbəkələr informasiya ötürülməsində istifadə olunur.

- Hüseyn bəy, molla rejiminin aqressiyası nədən qaynaqlanır? İran Azərbaycana nə verib ki, ala bilmir?

- İran rejimi Azərbaycanı düşmən ölkə hesab edir. Azərbaycanın varlığını özünə qarşı ən ciddi və ən böyük təhlükə sayır. Çünki Azərbaycanın müstəqilliyi və inkişafı Güneydə yaşayan, insan haqlarından məhrum vəziyətdə, tam kor, dilsiz vəziyyətdə saxlanılan 35 milyon Azərbaycan türkü üçün yaxşı nümunədir. Rejim istər Quzeydəki, istərsə də Güneydəki türklərin birlik və bütövlük ideyalarının təhlükəli olduğunu dərk edir. Buna görə də Güney Azərbaycanı parçalamaq, kiçik ərazilərə bölmək, süni etnik münaqişələrlə zəiflətmək və nəhayət məhv etmək üçün bütün üsullara əl atır. Tehran onu da başa düşür ki, başqa azsaylı xalqların, məsələn kürdlərin və yaxud bəlucların mərkəzdənqaçma cəhdləri o qədər də həyati təhlükə daşımır. Lakin ölkə əhalisinin yarısını təşkil edən Azərbaycan Türkünün milli azadlıq mübarizəsinə başlaması ümumiyyətlə İran adlı bir dövlətin çöküşü, tam məhvilə nəticələnəcək. Urmiya gölü ətrafında böhranın yaradılması da eyni məqsədlərə xidmət edir. Gölün qurudulması türklərin digər yerlərə köçürülməsinə stimul verir. İqtisadi ayrı-seçklik planı ilə Azərbaycanı əlverişsiz vəziyyətə salmağa çalışır. Artıq bu mənada Azərbaycan amili fars rejimi üçün ölüm-qalım məsələsinə çevrilib. Mollalar Azərbaycanla bağlı makiavellist siyasət yürüdür və Azərbaycanın nə vaxtsa ayağa qalxmaması üçün şikəst etməyə çalışır.

- Son olaraq nə əlavə edərdiniz?

- İrandakı mövcud vəziyyət 1979-cu ili xatırladır. Azərbaycan türkü mübarizətə hazır olmalıdır. Bu təhlükəni sovuşdurmaq üçün ayağa qalxmalıdır. Azərbaycan Respublikası və Türkiyə bu məsələyə İranın daxili işi kimi qəbul etməməlidir. Çünki bu vəziyyət Azərbaycan və Türkiyənin milli maraqları üçün təhlükədir. Molla rejimi Azərbaycan torpaqlarında kürd əyaləti yaratmaqla Türkiyə və Güney Azərbaycan arasındakı dəhlizi tamam bağlamağa çalışır. Bir tərəfdən də Güney Azərbaycanı mühasirəyə almaqla, Türkiyənin Şərq bölgələrində gərginlik mərkəzi yaradır. Türkiyəni yeni terror təhlükəsi ilə üz-üzə qoymaq istəyir. Türkiyə sərhədlərinə kürd əyalətinin yaradılması bu ölkəyə qarşı yeni terror dalğasına təkan verəcək. Bu baş verərsə, Türkiyənin Şərq sərhədlərilə yanaşı Naxçıvan MR-da da sabitlik pozulacaq. Məsələ barədə ciddi addımlar atılmalıdır.

"Olaylar"
Mənsur Rəğbətoğlu
Bu xəbər oxucular tərəfindən 1197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed