Şrift:
Fərəc Quliyevin tədbir görmək fikri yoxdur: “Yenə xalqın yanındayıq”
22.01.2014 [14:06] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyası bəyanat yayıb. Bəyanatda partiyaya qarşı hücumlar yer aldığı bildirilir.

Partiyanın sədri, millət vəkili Fərəc Quliyev Modern.az-a açıqlamasında bu cür hücumları təşkil edənlər haqqında ümumi danışdı.

“Uzun müddət saytımıza çox ciddi şəkildə kiber hücumlar oldu. Göründüyü qədər, bizim ideoloji xəttimizlə bağlı olaraq bütöv Azərbaycan üçün İran və ya Rusiyanın Azərbaycana adekvat münasibətindən doğur. Bu ölkələrin Azərbaycanda təşkilatlanma işləri görməsi və onların qarşısında durmağımıza görə bu cür cəhdlər olur. Üstəlik, son prezident seçkilərindən sonra milli demokratik düşərgə olduğumuz ortaya çıxdı ki, biz gerçəkdən millətə söykənən, millətin dərdi ilə dərdlənən və yaxud da millətlə problemi həll etmək istəyən təşkilatıq. Bu müddət ərzində özünü demokratik düşərgə adlandıranlarınsa başı Rusiyanın qoltuğundan çıxdığı açıq şəkildə göründü. İndi bu məsələlərlə bağlı hər kəs eyni zamanda, bu dəstədən olanlar bizə etiraz edirlər. Milli demokratik düşərgənin ortada olmasından narahat olanlar həm xaricdən olan qüvvələr, həm də Azərbaycanda xaricin yanında görünən qüvvələr bizə qarşı müxtəlif tədbirlər görürlər. Bir zamanlar bizim məramnaməmizi sözbəsöz götürmək, şüarlarımızdan istifadə etmək kimi məsələlərdə çalışırlar ki, dəyərlərimizi gözdən salsınlar. İstəmirik ki, o düşüncələr, dəyərlər gözdən düşsün. Biz dövlətçi təşkilatıq və bizim müxalifətçiliyimiz dövlətə qarşı deyil, hakimiyyətin neqativlərinə qarşıdır. Biz xarici və şəxsi maraqlarımızı milli maraqlarımızdan üstün tutan neqativ siyasət yeritmirik. Bundan narahat olanlar şüarlarımızı mənimsəmək və bizi gözdən salmağa çalışırlar. Ona görə də həm kiber hücumların olması, həm də bizim xəttimizə qarşı münasibət və mənə qarşı hücumlara partiya öz münasibətini bildirib. Biz bundan narahat deyilik. Sadəcə olaraq, təşkilat üzvlərimizə, tərəfdarlarımıza xəbərdarlıq etmişik ki, istənilən qüvvənin qarşısında kifayət qədər durmaq imkanımız var”.

Hücumlara qarşı hər hansı tədbirlərin görülməsinə gəlincə, F. Quliyev bildirib: “Belə məsəl var: “düz əyrini kəsər. Başqa bir tədbir görmək fikrimiz yoxdur. Daha çox təbliğat işimizlə xalqın yenə də yanında olacağıq. Əsas olan dövlətdir. Biz də dövlətimizin yanındayıq. Dövlətimizi nüfuzdan salmaq üçün bu cür davranışların qarşısında hər zaman duracağıq”.

Namidə BİNGÖL modern.az saytı.
Bu xəbər oxucular tərəfindən 1066 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed