Şrift:
Dünya Alpağut Federasiyası-Turan Döyüş sistemləri təsis edildi
17.02.2014 [15:47] - Gündəm, İdman
Press reliz

Dünya Alpağut Federasiyası-Turan Döyüş sistemləri ( W.A.F- World Alpagut Federation ) beynəlxalq idman təşkilatı rəsmi olaraq qeydiyyatdan keçmişdir.
Bu döyüş sənəti sistemlərinin və təşkilatının yaranmasının ideya müəllifi və qurucusu statusu tanınmış beynəlxalq dərəcəli idman üstası, türk döyüş sənəti üstası Vasif İmran oğlu Namazovdur.

Qeyd edək ki, Vasif Namazov “Alpağut” adını, 11-ci yüzillikdə Mahmud Qaşqarlı tərəfindən yazılmış “Türk Dialektlerinin Lüğəti” (“Divanü Lüğәti it-Türk”) - Türkçənin bilinən ən qədim lüğətindən götürmuşdur. “Alpağut” adı "Divani lüğət it-Türk”-də bеlə açıqlanır: "Tək başına düşmənə qalib gələn, ələ kеçməyən igid".

Hal hazırda Vasif Namazov tərəfindən imtahan proqramı, təlim proqramı, hakimlik proqramı, özünümüdafiə (küçə döyüşü) proqramı və eyni zamanda yarışma proqramları hazırlanmaqdadır. Alınan məlumata görə burada 3 sistemli (A, B, C) yarışma qaydaları olacaq. 1-ci sistem Aypara (Hilal) , 2-ci sistem Batur (Cəngavər), 3-cü sistem isə Caymaz (Cəsur) adlanır.

Türk xalqlarının döyüş sənətlərindən, ortaq idman mədəniyyətindən seçilərək, ortaya qoyulacaq bu döyüş sənətinin ümümi terminalogiya bazasının hazırlanmasında Vasif Namazov tanınmış tarixçi, dilçi, türkoloqlardan məsləhətlər alır. Onların sırasında bu işə töhvə verənlər aşağıda qeyd edilmişdir:

Firudin Ağasıoğlu – Tanınmış türkoloq, tarixçi alim, filologiya elmləri doktoru, professor, Türk tarixşünaslığında “Urmu nəzəriyyəsi"-nin əsasını qoyan.
Nizami Cəfərov — Azərbaycan Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. BDU-nun ümumi dilçilik kafedrasının müdiri.
Məmmədəli Qıpçaq - Bakı Dövlət Universiteti Filologiya elmləri doktoru, türkologiya kafedrasının professoru, “Türk savaş sənəti” kitabının müəllifi. Baki, 1996, səh. 176. (Ə.Əsgərlə birlikdə).
Kərəm Məmmədov - Tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti.
Pərviz Elay - AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun disertantı, yazıçı publisist, tarixçi antropoloq.
Ceyhun Bayramlı - Azərbaycan Universitetinin Doktorantı, Tarix araşdırmaçısı.
Mehdiyeva Dilbər - Azərabaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitunun doktorantı.
Qeyd etmək istərdik ki, Dünya Alpağut Federasiyasının prezidenti, iş adamı, Fərid Azad oğlu Əlizadə seçilmişdir. Federasiyanın 1-ci Vitse Prezidenti tanınmış idman ustası, Araz Abdullayevdir. Federasiyanın əsas struktur orqanı sayılacaq Baş Katiblik isə Federasiyanın Türkdilli ölkələr tərəfindən formalaşacaq İdarə Heyyəti tərəfindən seçiləcək. Bu üsul idarə etmə sistemi Türksoy-dakı kimi həyata keçəcək.

Yaxın günlərdə www.alpagutfederation.com ( net, org ) rus, ingilis, türk dillərində fəaliyyətə başlayacaq. Ayrica sosial şəbəkələrdə də federasianın səhifləri işə başlayacaq.


www.twitter.com/worldalpagutfed www.instagram.com/worldalpagutfed

www.facebook.com/worldalpagutfed www.youtube.com/worldalpagutfed


Xüsusi qeyd: “Alpağut, Xaqan qvardiyası-buyrukların içərisində öz igidliyi ilə seçilən adamlara verilən tituldur. Xaqanın mühafizə olunmasında Alpağutlara xüsusi üstünlük verilirdi. Bundan başqa Alpağutlar başqa bir vəzifənidə yerinə yetirirdilər. Onlar təkbaşına düşmən qoşunu içərisinə girir və onlarda qorxu hissi yaradırdılar. Məhz buna görə də Alpağutlar türklərin bütün tarixi boyu xüsusi hörmətə layiq görülmüş və xas adamlar sırasında olmuşlar. Bilgə xaqan Tona Teginin dəfnində tonra tayfasından on əsgərlə bərabər bir Apağutun oldürüldüyünü abidədə xüsusi qeyd edir. Elə bu faktın özü Alpağutun döyüşdə hansı mövqeyə malik olduğunu aydın göstərir. (Mənbə: “Türk savaş sənəti” Baki, 1996, səh. 176. (Ə.Əsgər, M.Qıpçaq)
Bu xəbər oxucular tərəfindən 1177 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed