Şrift:
Bakıda döyüş olacaq
02.04.2014 [12:31] - İdman
Qarışıq döyüş növləri üzrə ilk azərbaycanlı dünya çempionu Etiqad Atakişiyevə idman ustası adı verilib
Döyüş İyunun 21-də Bakıda qarışıq döyüş növləri (Mixfight) üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Qarışıq Döyüş Növləri Federasiyasının (MMA) mətbuat xidmətindən bildiriblər ki, Dünya Qarışıq Döyüş Növləri Assosiasiyasının (WMMAA) növbəti iclasında qarışıq döyüş növləri üzrə Avropa çempionatının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

Bundan başqa Gənclər və İdman nazirliyinin qərarına əsasən qarışıq döyüş növləri üzrə ilk azərbaycanlı dünya çempionu Etiqad Atakişiyevə idman ustası adı verilib. Müvafiq əmrdən sonra idmançımıza idman ustası vəsiqəsi təqdim edilib.

AGİN-in əmrinə əsasən Etiqad Atakişiyev MMA üzrə idman ustası adı alan ilk azərbaycanlı kimi tarixə düşüb.

Onu da qeyd edək ki, Bakıda təşkil olunacaq çempionat ərəfəsində Dünya Qarışıq Döyüş Növləri Assosiasiyasının konqresi və WMMAA hakimlərinin beynəlxalq seminarı keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed