Şrift:
Xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqların peşə təhsilinə cəlb olunması işində daha bir təşəbbüs
25.04.2014 [09:40] - Gündəm, Sosial
"Hər birimiz bir Günəşin zərrəsiyik!” adlı layihə həyata keçirilir

" Saf Həyat Naminə" Gənclər İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqların peşə təhsilinə cəlb olunması işində təşəbbüs ortaya qoyan layihə həyata keçirir. "Hər birimiz bir Günəşin zərrəsiyik!” adlı layihənin həyata keçirilməsində əsas məqsəd belə uşaqların peşə təhsilinə cəlb olunması işində yeni bir mexanizmin yaranmasına nail olmaq və bu uşaqların peşə təhsilinə cəlbi ilə bağlı təşəbbüslərlə çıxış etməkdən ibarətdir. Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihədən əsasən müəyyən sayda xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqlar, yeniyetmə və gənclər, həmçinin internat məktəbləri faydalanacaqdır.
" Saf Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasovanın verdiyi məlumata görə bu layihənin icrası zamanı bu qism uşaqların müəyyən sayını əhatə edilməklə xüsusi kataloq yaradılacaq, kataloqda bu uşaqlar haqqında məlumatlar öz əksini tapacaq, həmçinin layihə zamanı bu qism uşaqların peşə təhsilinə yiyələnməsi ilə bağlı maarifləndirmə işi həyata keçiriləcək, xüsusi məlumatverici bukletlər hazırlanaraq onlara paylanılacaq, müəssisələr və peşə təhsili verən təşkilatlarla internat məktəbləri arasında rabitə yaradılacaqdır: "Ağrılı haldır ki, tez-tez televiziya efirlərində, sosal şəbəkələrdə uşaq evlərində yaşamaq yaşı ötmüş və ya xüsusi diqqətə ehtiyacı olan uşaqlar, yeniyetmələr, hətta gənclər cəmiyyətə səslənir, çağırış edirlər. Əslində onların problemlərini, məşğulluqlarını ictimai dəstəklə çox asan şəkildə həll etmək mümkündür, bunun üçün isə mütləq şəkildə mexanizm işlənməlidir.
Bu müxanizm həmin gənclərin hamısını olmasa da, müəyyən hissəsi haqqında müfəssəl məlumatı özündə əks etdirən kataloqların hazırlanması, bu kataloqların peşə təhsili müəssisələrinə, kadr axtarışında olan müəssisələrə təqdim edilməsi, həmçinin xüsusi qayğıya ehtiyacı olan, internat məktəblərini bitirən və ya hələ internat məktəbində olan uşaq, yeniyetmə və gənclərlə xüsusi maarifləndirmə işinin aparılmasından ibarətdir.
Düşünürük ki, bu layihə ilə biz haqqında bəhs edilən uşaqların müəyyən qisminin peşə təhsilinə cəlb edilməsi ilə bağlı öz köməkliyimizi göstərə bilərik".
Səbinə Abbasova onu da qeyd edib ki, layihənin ilkin hazırlıq işləri Bakı şəhərində, tədbirlər və maarifləndirici görüşlərin keçirilməsi, maarifləndirici vəsaitlərin paylanması Bakı, Mingəçevir, Lənkəran şəhərlərində həyata keçiriləcəkdir.
Bu xəbər oxucular tərəfindən 963 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed