Şrift:
İsmail Cəmili İslam inqilabı dönəmini təsvir edib - AUDİO
08.05.2014 [09:22] - Güney Azərbaycan xəbərləri, Müsahibə
1979 İran İslam İnqilabından sonrakı ilk illərdə yeni hökumətin hakimiyyətini gücləndirdiyi bir vaxt ölkədə məhdud şəkildə olsa da muxtəlif siyasi cərəyanlar fəaliyyət göstərə bilirdi. Həmin vaxtlar Təbriz Radiosunda çalışmış güneyli şair İsmayıl Cəmili “Amerikanın Səsi” ilə söhbətdə inqilabın ilk illəri güneydəki siyasi-mədəni atmosferi təsvir edib.

İsmayıl Cəmili xüsusilə o vaxtlar Təbrizində milli məsələni gündəmə gətirmək üçün yaranmış imkanları, eləcə də mövcüd problemləri dəyərləndirib.

“İnqilabdan sonra bir çaş-başlıq var idi. Hakmiyyət hələ yerinə oturmamışdı. Özəlliklə mərkəzdən uzaq bölgələr üzərində nəzarət az idi,” deyə güneyli şair 1979-cu ildə yaranmış atmosferi şərh edib.

Cəmili həmçinin o vaxt İran Azərbaycanında yüksək nüfuz sahibi olan Böyük Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədari və ona bağlı Müsəlman Xalq hərəkatının siyasi atmosfer üzərində təsiri ilə bağlı danışıb.

Onun sözlərinə görə, nisbətən açıq şəraitin yaranması ilə birlikdə Təbrizdə Azərbaycan türkcsində bir neçə qəzet yayılmağa başladı, Ədəbiyyat Ocağı təsis edildi və Azərbaycan musiqi konsertləri təşkil edildi.

“Güney Azərbaycanda fərqli siyasi cərəyanlar da aktivləşmişdi. Onlar da öz dünya görüşlərini təbliğ etmək istiqamətində milli məsələdən yararlanmağa çalışırdı. Tudə Partiyası (İranın kommunist qruplarından) Ədəbiyyat Ocağı kimi qurumları ələ keçirmək istəyirdi,”-deyə İsmayıl Cəmili siyasi cərəyanların rolu haqda fikirləri ilə bölüşüb.

Cəmili o dönəmdə aparılan fəaliyyətlərin ciddi və davamlı nəticələrinin əldə edilməməsini milli düşüncənin zəif olduğu ilə izah edib.

“Aydınlar milli aydın deyildilər. Türk dilində yazmağı bilənlərin bir çoxu sovetlərin (Keçmiş Şurəvi) təbliğatının təsirində idi. Sovet məhəbbəti ilə Azərbaycan məhəbbəti qarışmışdı bir-birinə,”-deyə o söyləyib.

İsmail Cəmili Təbriz Radiosunda fəaliyyətləri haqqında da danışıb.

“Radio proqramlarda milli məsələni yumşaq şəkildə gündəmə gətirməyə çalışırdıq. Verilişlərdə işlənən türkcə bu gün Təbriz Radiosunda danışılan türkcə kimi deyildi, təmiz türkcə idi,”-deyə Amerikada mühacirətdə yaşayan şair əlavə edib.

Audionu dinləmək uçsun qaynağımız olan aşağıdakı LİNKi tıklaya bilərsiniz:

http://www.amerikaninsesi.org/content/ismay%C4%B1l-c%C9%99mili-guney/1905963.html
Bu xəbər oxucular tərəfindən 1085 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed