Şrift:
ABŞ İlham Əliyevlə Serj Sərkisyanın təklifi qəbul edəcəyinə ümid edir
03.07.2014 [12:39] - Gündəm, Siyasət
ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki bildirib ki, onun ölkəsi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın Parisdə görüşmək təklifini qəbul edəcəklərinə ümid edir.

İlham Əliyevlə Serj Sərkisyanın Parisdə görüşməsi təklifini Fransa prezidenti Fransua Olland irəli sürüb.

Cen Psaki deyib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində münaqişə tərəflərinə kömək etməyə hazırdır: “Ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri Fransua Ollandın sülh sazişinin əldə olunması üçün tezliklə Parisdə danışıqlara başlamaq təklifini qəbul edəcəklər. Biz tərəfləri danışıqlar masası arxasında səylərini gücləndirməyə və diqqəti regionun bütüm sakinlərinin sülh şəraitində yaşamasına yənəltməyə çağırırıq”.
Bu xəbər oxucular tərəfindən 939 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed