Şrift:
Azərbaycan 2012-ci ildə hərbi sənaye kompleksində bir sıra böyük layihələr həyata keçirməyi planlaşdırır
17.12.2011 [12:07] - Xəbərlər, Hərb
Layihələr arasında barıt, trotil, heksogen istehsal edən zavodların tikintisi, müxtəlif çaplı raket və artilleriya mərmilərinin gövdələrinin istehsalı, tank əleyhinə raket buraxılışı komplekslərinin yığım sahəsinin inşası da var

“Azərbaycan hərbi sənaye kompleksi 2012-ci ildə bir sıra böyük layihələr həyata keçirməyi planlaşdırır”. Bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazirin sözlərinə görə, bu layihələr əsasən partlayıcılar - barıt, trotil, heksogen istehsal edən zavodların tikintisi, müxtəlif çaplı raketlərin, artilleriya mərmilərinin gövdələrinin istehsalı, tank əleyhinə raket buraxılışı komplekslərinin yığım sahəsinin inşası və s.-dir.

Y. Camalov qeyd edib ki, 2006-cı ildən 42 istehsal sahəsi yenidən qurularaq, tikilərək istifadəyə verilib. İstehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi 658-ə çatdırılıb. Bu gün Müdafiə Sənayesi Nazirliyi dünyanın inkişaf etmiş ölkələrinin 60-dan çox şirkəti ilə əməkdaşlıq edir.
Bu xəbər oxucular tərəfindən 1197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed