Şrift:
Urmu gölündən duz daşımaq əlavə təhlükələrə yol açır
23.07.2014 [11:02] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Urmu gölü getdikcə quruyur və yerində Azərbaycanı yaxa biləcək milyardlar ton duz əmələ gəlir. Ən əsas təhlükələrdən biri isə həmin duzların külək vasitəsi ilə ətraf bölgələr və həta qonşu ölkələrə yayılmasıdır.
Real təhlükənin olduğu halda, həm Urmu gölünün qurumasının qarşısı alınmır və həmdə gölün quruduğu yerdə toplanan duzların daşınmasının qarşısı alınmır. Bu isə əlavə təhlükələrə səbəb olur.

Urmu gölündən duzların daşınmasının getdikcə artması bəzi ölkə rəsmiləri və ekoloji tərəfdarlarını da dilə gətirib. Ətraf-Mühit fəalı Abbas Məhəmmədi gölün yerindən duzların nəzarətsiz şəkildə daşınmasından öz nigaranlığını bildirərək deyib ki, “Urmu gölünün qurumasından dolayı ortaya çıxan problemlərdən biri duz tozları və duz fırtınalarının əmələ gəlməsidir. Bu isə bölgə əhalisində təhlükəli xəstəliklərə səbəb ola bilər.

Həddən artıq duz çıxarmaq və buldozerlərin hərəkət etməsi duz daşlarını sındırır və onları pudra halına gətirir, bu da duz tozlarının artması deməkdir”.

Sonda Abbas Məhəmmədi həddən artıq duz çıxarma prosesinin dayandırılmasını və Urmu gölünün nəzarətə alınmasını səlahiyyətli qurumlardan tələb edib.
Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed