Şrift:
Qarabağ döyüşçülərindən daha bir könülülük təklifi
07.08.2014 [14:21] - Gündəm, Hərb, Siyasi partiyalar
Son günlər cəbhəda yaranmış gərginliklə əlaqədar Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin sədri, Qarabağ döyüşçüsü Şakir Ağayevin təşəbbüsü ilə keçmiş Qarabağ döyüşçüləri torpaqların azad edilməsi üçün hərbi əməliyyatlarda iştirak etmək haqqında Ali Baş Komandana müraciət ediblər. Müraciətdə, torpaqlarımızın azdlığı uğurunda döyüşdə iştirak etmək üçün Ali Baş Komandanın əmrini gözlədiklərini bəyan edən keçmiş döyüşçülər onların döyüş təcrübələrindən yararlanmağı təklif və xaiş ediblər. Keçmiş döyüşçülər danışıqların uzadılmasının Azərbaycana xeyir vermədiyini, zaman itirmədən hərbi yolla torpaqlarımızın işğaldan azad edilməsinin tərəfində olduqlarını bəyan ediblər.

N. Göyçəli
Bu xəbər oxucular tərəfindən 1392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed