Şrift:
Ermənistanda qazdoldurma məntəqəsində partlayış olub, yaralılar var
01.09.2014 [16:09] - Gündəm, Hadisə
Ermənistanın Qeqarkunik vilayətinin qazdoldurma məntəqəsində partlayış baş verib. Bu barədə News.am saytı FHN-in mətbuat xidmətinə istinadən xəbər yayıb.
Partlayış yerli vaxtla saat 10 radələrində Eranos kəndindəki qazdoldurma məntəqəsində baş verib.
Məlum olub ki, "Ayk və Norik" ASC-yə məxsus qazdoldurma məntəqəsində "34 ML 887" dövlət nömrə nişanlı "VAZ-2101" markalı avtomobilin qaz balonu partlayıb. Yaxınlıqdakı "34 SV 887" dövlət nömrə nişanlı "Mazda" markalı avtomobilinə ciddi9 ziyan dəyib.
Partlayış nəticəsində 60 yaşlı S.M. və qazdoldurma məntəqəsinin 55 yaşlı işçisi B.A. xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed