Şrift:
Fərəc Quliyev: Firudin Cəlilovun müstəqillik mücadiləsində böyük xidmətləri var.
15.09.2014 [11:53] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Firudin Cəlilova prezident təqaüdünün ayrılması təqdirəlayiq olar”

Məlum olduğu kimi, Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı ölkə başçısına müraciət edərək Azərbaycanın sabiq təhsil naziri, tanınmış alim Firudin Cəlilova prezident təqaüdünün ayrılması təklifi ilə çıxış edib. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev F.Cəlilova belə bir təqaüdün verilməsinin alqışlanan olduğunu vurğuladı:
“ F.Cəlilov müstəqillik aktına imza atan istiqlalçı deputatlardan biridir. Bu baxımdan istiqlalçı deputatılara xüsusi münasibətin olması təqdirəlayiqdir. Bəzi ölkələrdə bu cür deputatlara Milli Qəhrəman adı, başqa xüsusi imtiyazlar verilib. Bu deputatlar daim parlamentin işində iştirak edirlər və s. Firudin bəyin Azərbaycanın müstəqilliyi uğrunda aparılan mücadilədə böyük xidmətləri var. Hesab edirəm ki, prezidentin ona xüsusi təqaüdünün ayrılması yerinə düşər”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 1074 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed