Şrift:
Azərbaycan ilk Avropa Oyunlarında iştirak edəcəyi halda Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verir
25.09.2014 [00:07] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Azərbaycan Ermənistanın Bakıda birinci Avropa Oyunlarında iştirakı barədə qərarından asılı olmayaraq, ölkəmizə gələcəyi halda Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verir. Bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov brifinqdə deyib.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi viza məsələlərini də təmin etməyə hazırdır.
Onun sözlərinə görə, Ermənistan KİV-dəki məlumatlardan erməni tərəfinin birinci Avropa Oyunlarında iştirak edəcəyi güman edilir: "Biz dövlət səviyyəsində təhlükəsizliyin təminatına və viza məsələlərinin həllinə zəmanət veririk".
Ermənistan indiyədək Azərbaycan tərəfinin Avropa Oyunlarında iştirak barədə dəvətini nə təsdiq, nə də inkar edib.
Bu xəbər oxucular tərəfindən 978 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed