Şrift:
Fərəc Quliyev Latviyanın ölkəmizdəki səfiri Hardijs Baumanis ilə görüşdü.
11.10.2014 [13:59] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
10 oktyabr 2014-cü il tarixdə Milli Dirçəliş Hərəkatı partiyasının sədri, Millət Vəkili, Azərbaycan-Latviya Parlamentlərarası dostluq qrupunun, Avronest parlament assambleyasinda Azərbaycan nümayəndə heyyətinin üzvü, Fərəc Quliyev Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Hardijs Baumanis ilə görüşdü. Görüşdə dünyada və bölgədəki son siyasi hadisələr, Ukrayna və digər QUAM olkələrindəki süni münaqişə ocaqlarının, o cümlədən Dağlıq Qarabağdakı indiki durum, şərq tərəfaşlığında Avronestin rolu, Azərbaycan-Latviya dostluq qrupunun daha cox əməkdaşlığa töhvə vermə yolları müzakirə olundu.

Fərəc Quliyev Latviyanın rotasiya üsulu ilə rəhbərlik etdiyi beynalxalq təşkilatlarda Azərbaycan həqiqətlərini olduğu kimi təqdim olunmasınının vacibliyini bir daha xüsusi vurğuladı .

Görüşdə digər əməkdaşlıq imkanları da müzakirə olundu.

MDHP mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 1783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed